» » Marin Le Pen Avropa İttifaqının “məhv olacağını” deyib

Marin Le Pen Avropa İttifaqının “məhv olacağını” deyib

Bölmə: Siyasət, Dünya
Marin Le Pen Avropa İttifaqının “məhv olacağını” deyib
Fransada prezidentliyə namizəd Marin Le Pen bəyan edib ki, Avropa İttifaqı dünyanın siyasi xəritəsindən silinəcək. Bununla yanaşı o, Lill şəhərində tərəfdarları ilə görüş zamanı Fransanı qloballaşmadan qorumağa söz verib.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Xalq cəbhəsi” partiyasının lideri Marin Le Pen qeyd edib ki, Donald Tramp ABŞ prezidenti seçildikdən və Böyük Britaniyada referendumdan sonra Fransada seçkiləri insanların qlobal üsyanı kimi xarkterizə edib.

“Avropa İttifaqı məhv olacaq, çünki o artıq insanlara lazım deyil. Təkəbbürlü hegemonlar yer üzündən silinməyə məhkumdurlar”, - Le Pen bu sözləri alqış sədaları altında bildirib.

“Qlobalçıları məhv etmək zamanı gəlib”, - əsas rəqibləri Emmanuel Makron və Fransua Fiyonun ünvanına deyən Le Pen, onları Avropa ittifaqı və bazarın maraqları üçün “xəyanətdə” ittiham edib.

Fransada prezident seçkiləri 23 aprel və 7 may tarixlərində iki mərhələdə keçiriləcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler