Lukaşenko silahlı qiyamı maliyyələşdirən ölkələri açıqladıBelarusda təxribatı hazırlayan şəxslərin fəaliyyətinin maliyyələşdirilməsi Amerika və alman fondları tərəfindən Litva və Polşa vasitəsilə həyata keçirirdi. Xalqinfo.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki,bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatında deyilir. Çərşənbə axşamı Lukaşenko bildirib ki, Belarus silahlı təxribat hazırlayan onlarla döyüşçü saxlanılıb. Onun sözlərinə görə, döyüşçülər Bobruysk və Osipov ərazisində düşərgələrdə təlim keçirdilər. Belarusun Dövlət Təhlükəsizliyi Komitəsi kütləvi qarışıqlıqlarda iştirak üçün təlimlər və hazırlıqlar faktı üzrə cinayət işi qaldırıb. Miroslav Lozovskinin başçılığı ilə “Ağ legion”un, həmçinin Dmitri Daşkeviçin başçılığı ilə “Gənc cəbhə”nin fəalları - cəmi 26 nəfər saxlanılıb. “Prezident qeyd edib ki, qeyri-qanuni fəaliyyətin maliyyələşdirilməsi əsasən Litva və Polşa vasitəsilə həyata keçirilirdi”, - Lukaşenkonun mətbuat xidmətinin xəbərində deyilir. Saxlanılan döyüşçülərdən “Kalaşnikov” avtomatı, 3 karabin, 2 tapança, patronlar, qumbaralar, atma bıçaqlar, baltalar, əldəqayırma partlayıcı qurğuların istehsalı üçün predmet və maddələr, hərbi formalar, güllədeşməz jiletlər, kaskalar, NATO nümunəsinin tibbi dərman qutuları, “Azov” batalyonunun, “Belarus Taktik qrupu”nun və başqalarının müxtəlif rəmzləri, həmçinin şəhərdə döyüş əməliyyatlarının aparılması üzrə dərsliklər götürülüb. Dövlət Təhlükəsizliyi Komitəsində istisna etməyiblər ki, “Ağ legion” aktivistlərindən götürülmüş silah-sursatdan martın 25-də keçirilməsi gözlənilən küçə aksiyaları zamanı istifadə etmək planlaşdırılırdı. Məlumatda o da vurğulanır ki, “”Ağ legion”un liderləri həmin işə Dmitri Daşkeviçin başçılığı ilə “Gənc cəbhə” aktivistlərini cəlb etmək niyyətində idilər. Bundan başqa, Ukraynadan döyüşçülərin gəlməsi də planlaşdırılırdı. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|