» » Türkiyə Şimali Koreyanın bütün aktivlərini dondurdu

Türkiyə Şimali Koreyanın bütün aktivlərini dondurdu

Bölmə: Siyasət, Dünya
Türkiyə Şimali Koreyanın bütün aktivlərini dondurdu
Şimali Koreyanın Türkiyədəki bütün əmlakına həbs qoyulub.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, qərar Türkiyə Nazirlər Kabinetinin toplantısında verilib.
Qərara görə, Şimali Koreyanın BMT tərəfindən müəyyənləşdirilən şəxs və qurumlarının əmlakları və bank hesabları dərhal dondurulur.

Buna səbəb Pxenyanın nüvə başlıqlı raket sınaqlarını dayandırmaması, qonşu ölkələri təhdid etməsidir. Bundan əlavə BMT "qara siyahısı"nda olan Şimali Koreyanın rəsmi şəxslərinin və ailə üzvlərinin Türkiyəyə girişinə də qadağa qoyulacaq.

Həmçinin, Şimali Koreyadan Türkiyəyə mis, sink, gümüş və nikel ixracına da son verilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler