» » Ərdoğan referendumun nəticəsini açıqladı

Ərdoğan referendumun nəticəsini açıqladı

Bölmə: Siyasət
Ərdoğan referendumun nəticəsini açıqladı

“Konstitusiya dəyişiklikləri üzrə referendumda 52 faizdən yuxarı “bəli” cavabını gözləyirik”.

Xalqinfo.az publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk və Kanal D telekanalların ortaq birbaşa efirində deyib.

Qeyd edək ki, təklif olunan dəyişikliklər və əlavələr qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək.

Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək.

Dəyişikliklər və əlavələr ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler