» » "Qarabağa qanunsuz səfər edənlər təlimatlandırıldı"

"Qarabağa qanunsuz səfər edənlər təlimatlandırıldı"

Bölmə: Siyasət
"Qarabağa qanunsuz səfər edənlər təlimatlandırıldı"
Milli Məclisin Avronest Parlament Assambleyasında (Avronest PA) nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentində (AP) səfərdə olub.

Xalqinfo.az xəbər verir ki, səfər zamanı Fuad Muradov Avronest PA-nın həmsədri, Yaşıllar siyasi qrupunun üzvü, almaniyalı deputat xanım Rebekka Harms ilə görüşüb. Görüşdə Avropa Parlamentinin üç deputatının Dağlıq Qarabağa qanunsuz səfəri və qeyri-leqal referendumda AP adından istifadə edərək qanunazidd müşahidəçilik etmələri və üstəlik bəyanat yaymaları, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin gələcək planları, AP ilə əlaqələrin möhkəmləndirilməsi perspektivləri və bu sahədə qarşıda duran çətinliklərin aradan qaldırılması yolları müzakirə edilib.

Fuad Muradov Prezident İlham Əliyevin Brüsselə fevraldakı səfərindən sonra Aİ ilə əlaqələrdə canlanma yarandığını, AP-də martın əvvəlində keçirilən konfransın da bunun davamı olduğunu diqqətə çatdırıb.

Xanım Harms AP deputatlarının bu cür saxta seçki müşahidələrində iştirakının Avropa Parlamentinin böyük hissəsi tərəfindən pislənildiyini və bunun gələcəkdə təkrarlanmaması üçün deputatların təlimatlandırıldığını bildirib. O, eyni zamanda, Azərbaycanın Avronest PA-da olmasının Azərbaycanın AP ilə əlaqələrində çox önəmli olduğunu qeyd edib.

Səfər zamanı Fuad Muradov AP-də Sosialistlər və Demokratların Tərəqqi Birliyinin siyasi qrupunun vitse-prezidenti Viktor Boştina (Rumıniya) ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Rumıniya əlaqələri, yeni enerji layihəsi, Sosialistlər siyasi qrupu ilə əməkdaşlıq, AP üzvlərinin işğal edilmiş ərazilərə qanunsuz səfərləri müzakirə olunub, AP-nin Azərbaycana daha çox diqqət ayırmasının vacibliyi qeyd edilib.

Viktor Boştinaru Aİ-nin enerji təchizatının müxtəlifliyinin əhəmiyyətindən danışıb, Dağlıq Qarabağdakı və keçmiş sovet ölkələrindəki digər münaqişələrin oxşar xarakterli olmaqla bərabər, eyni məqsədlərə xidmət etdiyini və bütün münaqişələrə eyni cür yanaşılmasının vacibliyini bildirib, Azərbaycan ilə AP-nin daha sıx əməkdaşlığının önəmini vurğulayıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler