» » İlham Əliyev pakistanlı həmkarını təbrik etdi

İlham Əliyev pakistanlı həmkarını təbrik etdi

Bölmə: Siyasət
İlham Əliyev pakistanlı həmkarını təbrik etdi
Prezident İham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyni təbrik edib.

Xalqinfo.az xəbər verir ki, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı – Pakistan Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Pakistanı ortaq mənəvi dəyərlərimizdən qaynaqlanan möhkəm dostluq və qardaşlıq əlaqələri birləşdirir. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz xalqlarımızın iradəsini bariz şəkildə ifadə edir.

Bu yaxınlarda ölkənizə etdiyim səfəri, keçirdiyimiz görüşü, apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin daim möhkəmləndirilməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler