» » "Cənub Qaz Dəhlizi XXI əsrin layihəsidir"

"Cənub Qaz Dəhlizi XXI əsrin layihəsidir" Zlatko Laqumdciya

Bölmə: Siyasət
"Cənub Qaz Dəhlizi XXI əsrin layihəsidir"
Cənub Qaz Dəhlizi XXI əsrin layihəsidir. Bu qaz kəməri ilə Azərbaycanın təbii ehtiyatları Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçməklə Avropaya daşınacaq. Beləliklə, layihə inkişaf, müdriklik, əlaqələndirmə abidəsi olaraq qalacaq. Bu, eyni zamanda, Azərbaycanın sahib olduğu multikulturalizm, tolerantlıq dəyərlərinin dünyada yayılması deməkdir.

Xalqinfo.az bildirir ki, bu fikirləri Azərtac-a müsahibəsində Beşinci Qlobal Bakı Forumunun iştirakçısı, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdciya səsləndirib.

Qlobal Bakı Forumunun əhəmiyyətinin ildən-ilə daha da artdığını deyən Zlatko Laqumdciya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dünyanın üzləşdiyi problemlərlə bağlı bir çox şəhərlərdə tədbirlərin keçirildiyini diqqətə çatdırıb: “Biz artıq Bakı Forumunun inkişafının şahidi oluruq. Bakı artıq siyasi, iqtisadi baxımdan Davos Forumuna çevrilir”.

Hər iki xalqın bənzər faciələr yaşadığını söyləyən Zlatko Laqumdciya Sarayevoda Azərbaycan-Bosniya və Herseqovina dostluq parkında Srebrenitsa və Xocalı faciələrini əks etdirən abidə kompleksinin yaradıldığını qeyd edərək, bu faciələrlə bağlı həqiqətlərin dünyaya çatdırılmasının vacibliyinə toxunub.

Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Zlatko Laqumdciya iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu dilə gətirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler