» » Ermənilərdən "Artsax" səhvi - Bu da türk adı imiş...

Ermənilərdən "Artsax" səhvi - Bu da türk adı imiş...

Bölmə: Siyasət, MARAQLI
Ermənilərdən "Artsax" səhvi - Bu da türk adı imiş...
Ermənilər Dağlıq Qarabağın adını "artsax"a dəyişməklə növbəti dəfə səhvə yol veriblər.

Xalqinfo.az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında "Qafqaz tarixi" mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqlari İnstitutunun baş elmi işçisi, Rizvan Hüseynov bildirib.
Mərkəzin direktoru qeyd edib ki, ötən ilin aprel döyüşlərində aldığı məğlubiyyəti erməni xalqına hansısa formada izah olunmalı idi. Dağlıq Qarabağın adını "Artsax"a dəyişmək də əslində dünya ictimaiyyəti və hüquq üçün heç bir şey ifadə etmir. Bu addım sırf daxili auditoriyaya yönəlib: "Bununla göstərirlər ki, yerli hakimiyyət guya sərt cavab addımları atır. Ermənistanda hələ aprel döyüşlərindən əvvəl demişdilər ki, əgər Azərbaycan münaqişənin həlli üçün hərbi yola əl atsa, o zaman Dağlıq Qarabağın müstəqilliyi tanınmalıdır. Amma bunun üçün onların nə gücü yoxdur, nə də hüququ. Bunu edə bilmədiyinə görə orta bir yol seçdilər və guya Dağlıq Qarabağı "Artsax" adlandırdılar".
Lakin tədqiqatçının sözlərinə görə, bu adın da ermənilərə birbaşa aidiyyatı yoxdur: "Arsak və ya Arsax - Azərbaycan ərazisindəki qədim türk tayfalarına, yəni saklara məxsus qədim toponimdir. O, Ərsak və ya Ərşak sülaləsinin adından götürülüb. Bu adın mənası "igid sak", "ər sak", "sak kişisi" deməkdir. Bu sülalənin mənşəyinə baxanda onların Turandan, Türküstandan çıxdığını görərik. Ərsaklar b.e-nın 3-5-ci əsrlərində Pəhləvi, yəni Parfiya imperiyasının hökmdarları olublar. Onlar böyük bir ərazisi olan dövlət yarada bilmişdilər. Həmin dövlət həm Qafqazın bir hissəsini, həm də tarixi Ermənistanı, yəni Asiyada, hazırki Türkiyə əraizində olan Ermənistanı da əhatə edirdi. İndiki Şəki şəhərinin adı da həmin tayfanın adı ilə bağlıdır. Yəni ərsak, sak və ya şaklar, şakaşenlər eyni tayfadılar. Saklar isə türk tayfası olub. Əgər orta əsrlərdə Qandzasarda və digər alban kilsələrdəki yazılara nəzər salsaq, orda da bu Arsak sözünə rast gəlmək olur. Ermənilər isə Arsakı dəyişib "Artsax" deyirlər. Amma həmin qədim mənbələrdə nə Hayastan, nə Ermənistan və ya Armenia sözlərinə rast gəlinir.

Ona görə də ermənilər müasir Ermənistan tarixində "Artsax" sözünü özlərinə götürməyə məcbur olublar və onu Armeniyaya aid etmək istəyirlər. Halbuki "Artsax"ın Ermənistana heç bir aidiyyatı yoxdur. Ermənilərin indi "Artsax" dediyi Arsak ayrıca bir vilayət olub və onun ərazisi və əhalisi tam başqa olub. Vilayətin bir hissəsisnin əhalisi dini baxımdan erməni qriqorianlığa mənsub olsa da, etnik mənşə baxımından çox fərqli olub. Orada türk tayfaları, udinlər, kürdlər, tatlar, aysorlar və başqa xalqlar yaşayıb. Yəni "Artsax"ın haylara (muasir ermənilərə) birbaşa aidiyyatı olmayıb. Bütün bunlara əsasən demək olar ki, "Artsax" sözünün indiki Dağlıq Qarabağ ərazisinə və oradakı ermənilərə heç bir aidiyyatı yoxdur".
R.Hüseynov bildirib ki, separatçı ermənilər Dağlıq Qarabağın adını dəyişib dünyaya fərqli adla çıxmaq, tanıtmaq istəyirlər, amma özəlləşdirmək istədikləri "Artsax" sözü də gəlib yenə türk mənşəli çıxır: "Bunlar hara gedirlərsə, həmin yerin adını mənimsəyib özünküləşdirirlər. Necə ki, indiki Ermənistanda əslində "Üç kilsə" adlanan məkanı dəyişib Eçmiədzin adlandırıb öz adına çıxarıblar. Bundan əlavə, Ararat vadisi Suriya ərazisində olub, amma onun da adını gətirib indi yaşadıqları əraziyə çıxarıblar. Yəni ermənilər yer adlarını mənimsəyib onlara yiyə çıxmaq istəyirlər, o cümlədən də "Artsax"a".
Qeyd edək ki, artıq 25 ildən çoxdur ki, Azərbaycanın Ermənistanın işğalı altında olan regionda qurulmuş separatçı rejim qondarma referendum keçirirək Dağlıq Qarabağın adını dəyişərək "Artsax" edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler