» » Saakaşvilini müharibəyə qızışdıran ABŞ diplomatı Moskvaya səfir göndərildi

Saakaşvilini müharibəyə qızışdıran ABŞ diplomatı Moskvaya səfir göndərildi

Bölmə: Siyasət
Saakaşvilini müharibəyə qızışdıran ABŞ diplomatı Moskvaya səfir göndərildi
Vaxtilə “WikiLeaks” ifşa etdiyi Con Teffi təqaüddən geri çağırıblar; köhnə səfir isə “Twitter” yazışmalarının güdazına gedib; Kreml də QHT sektorunu bitirməyə girişib...

ABŞ Rusiyadakı səfirini vaxtından əvvəl dəyişib. Bu dəyişiklik Amerika və Rusiya mediasında geniş müzakirələrə səbəb olub. Bu dəyişiklikdən daha çox keçmiş səfirdən son dərəcə narazı olan Rusiya məmnun qalıb. Köhnə səfir əsasən ictimai sektorla işləyirdi. Təbii ki, Kreml düşmən hesab etdiyi bu kimi təşkilatlarla isti münasibətdə olan birisindən o qədər də razı qala bilməzdi.

O, həm də “rəngli inqilablar” üzrə mütəxəssis sayılırdı. Əlbəttə, keçmiş səfirin rəsmi Moskva tərəfindən xoş qarşılanmamasının yeganə səbəbi onun dostları ilə bağlı deyildi. Cənab Makfol Rusiyaya qarşı kəskin neqativ mövqeyi ilə seçilirdi. Rusiyadakı demokratiya uğrunda mübarizləri açıq şəkildə dəstəkləyirdi.

“The Washington Post”un müxbiri Maykl Brinbaum yazır ki, “Amerikanın Rusiyadakı əvvəlki səfiri twitterdə atəşfəşanlıq təşkil edirdi. Moskva həyatı barədə süzgəcdən keçməyən fikirlərini sosial şəbəkədə həvəslə paylaşırdı. Diplomata yaraşmayan maneralar nümayiş etdirməkdən sanki həzz alırdı. Ancaq Rusiyaya yeni təyin olunmuş səfirimizin heç twitter səhifəsi də yoxdur...

Maykl Makfolun isə twitterdə açıq və son dərəcə sürətlə yazışmalar aparırdı. Bu kimi davranışlar Amerika səfirləri üçün qətiyyən tipik deyil. Bir qayda olaraq Maykl Makfolun kimi diplomatların dediyi və ya yazdığı hər hansı bir mətn əvvəlcədən Dövlət Departamenti tərəfindən senzuradan keçirilir, müəyyən düzəlişlər olunur. Maykl Makfolun Moskvaya gələndə Amerikanın dövlət katibi Hillari Klinton idi. Xanım Klintonun təlimatında deyilirdi ki, səfirlər twitterdən olduqları ölkənin insanları ilə münasibət qurmaq üçün istifadə etsinlər. Bu çağırış Maykl Makfolun ürəyincə olmuşdu və onu twitterdən ayırmaq olmurdu".
“The Washington Post” yazır ki, twitterə bağlı belə bir səfir Rusiyada özünü doğrulda bilməzdi, elə ona görə də ənənəvi diplomatiyaya üstünlük verən Con Teffa Moskvaya göndərildi. O, Moskvanın qızılı rəngə boyanmış saraylarında daha yaxşı münasibətlər qura bilər, hər halda, o, Maykl Makfolundan daha münasib fiqurdur. Ömrünün 40 ilini diplomat kimi fəaliyyətdə olub. Poliqlot kimi tanınır. Düşünün ki, ivrit, rus və macar dillərini bilir. Macar dili isə öyrənilməsi praktiki mümkün olmayan ən çətin dil sayılır.

“Cənab Teff 1949-cu ildə anadan olub. Onun karyerası diplomatiyaya bağlı olub. Ukraynada, Gürcüstanda, Litvada səfir kimi çalışıb. Moskvaya səfir göndərmək üçün onu təqaüddən geri çağırmalı olublar. Onun diplomat kimi öz üslubu var. Və bu üslub Rusiyada daha çox işə yarayacaq”, məqalədə deyilir.

Saakaşvilini müharibəyə qızışdıran ABŞ diplomatı Moskvaya səfir göndərildi Yüklə

“Rusiya-ABŞ münasibətləri uzun müddətdir ki, mövcuddur və böyük tarixi var. Biz müttəfiq də olmuşuq, rəqib də. Biz əməkdaşlıq da etmişik, münaqişələrimiz də az olmayıb. Ancaq bütün bunlara baxmayaraq, bir dəyişməz yanaşma da olub. Amerika Rusiya ilə, onun xalqı və rəhbərliyi ilə qarşılıqlı əməkdaşlığa üstünlük verib”, qəzet yazır.

Yeni səfirin bu fikri facebookda yayımlanıb, ancaq önəmlisi odur ki, bu paylaşmanı səfir etməyib. Kimsə başqa birisi onun fikrini tirajlamağı lazım bilib...

İndi görək Rusiya mətbuatı Amerikanın yeni səfiri haqqında nə yazır? Düşünün ki, yeni səfirin ən yaxın dostları sırasında Saakaşvili var, Berezovski olub və onun dostluğu bu tipdən olan şəxslərlə çox zəngindir. Qeyd olunur ki, Con Teff ABŞ-ın Gürcüstanda səfiri olarkən bu ölkə Cənubi Osetiyaya soxuldu, o, Ukraynada səfir olarkən isə Viktor Yuşşenko təmsil etdiyi ölkənin ABŞ-ın dəstəyi ilə NATO-ya daxil olmasına cidd-cəhd göstərdi. Lakin “qoca Avropa” Ukraynanın NATO-ya daxil olmasına mane oldu.

Ruslar onu da vurğulayırlar ki, bu səfir nümunəvi xidmətinə görə dəfələrlə Amerikanın mükafatlarını alıb. Amerikada isə ad gününə və ya bu kimi xırda şeylərə görə dövlət mükafatı verilmir. Verilibsə, deməli, ciddi xidmətlər həqiqətən də olub.

Qeyd olunur ki, nümunəvi diplomatik xidmətinə baxmayaraq Con Teffin də müəyyən yanlışlıqları olub. Və belə yanlışlıqlar gözlənilmədən üzə çıxıb. “WikiLeaks”in yaydığı məlumatların birində deyilirdi ki, cənab Teff 2008-ci ildə Saakaşvilini inandırırdı ki, əgər Gürcüstan Cənubi Osetiyada separatçılara qarşı mübarizəyə başlasa, Qərb Gürcüstanın yanında olacaq.

“WikiLeaks”in yaydığı məlumatlardan o da bəlli olmuşdu ki, cənab Teff Ukraynada səfir olarkən bu dövlətin himninə qarşı son dərəcə mənfi münasibətdə olub. Təbii ki, onun heç ağlına da gəlməyib ki, nə vaxtsa bu fakt mətbuata sıza bilər. O, Dövlət Departamentinə göndərdiyi məruzədə yazırdı: “Xüsusən onların himnini dinləmək mümkün deyildi. Bu, adama əzab verir. Onlar xorla ”He ne vmgrla Ukraina..." hissəsini oxuyanda isə adam dəli olur... Elə bilirsən ki, bu, ölməkdə olan milçəklərin son vızıltısıdır. Hərdən mənə elə gəlirdi ki, bu musiqini dinləməkdənsə ölmək yaxşıdır".

Ruslar bildirirlər ki, cənab Teff Rusiya iqtidarının yeritdiyi siyasətə qarşı son dərəcə kəskin mövqedə olan birisidir. O, Moskvada işə başlamamışdan öncə Senat qarşısında çıxış edərkən deyib ki, ABŞ heç vaxt Rusiyanın Krımı işğal etməsi ilə razılaşmayacaq. Üstəlik, o, Rusiyanı Ukraynada işğalçılıq siyasəti aparmaqda suçlayıb. Rusiyadan gedən səfir Maykl Makfol isə yerinə gələn səfir haqqında deyib ki, o, mükəmməl diplomatdır və bu sahədə ən yaxşılarından biridir.

Ancaq Rusiya mətbuatı onu da bildirir ki, Rusiya-Amerika münasibətləri daha yüksək səviyyəli rəsmilər tərəfindən nizamlanır. Moskvadakı səfirin vəzifəsi isə Vaşinqtonda müəyyən olunan xətti qüsursuz həyata keçirməkdir...

Qeyd edək ki, ABŞ-ın Bakıdakı səfiri də vaxtından əvvəl dəyişdirildi; o da QHT sektorunun fəalları ilə münasibəti sevirdi...
musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler