» » Əlləri qana bulaşmış iki erməninin oyunu

Əlləri qana bulaşmış iki erməninin oyunu

Bölmə: Siyasət
Əlləri qana bulaşmış iki erməninin oyunu
Serj Sarkisyan öz prezident kürsüsündə qalacaq, yoxsa yox? Bu gün Ermənistanda ən çox müzakirə olunan sual budur.

Xeyli politoloq artıq ona qarşı silahlanıb. Bir yandan da məlum oldu ki, Ermənistanın birinci və ikinci prezidentləri də onun hakimiyyətdən uzaqlaşdırılmasına hesablanmış taktiki oyunlara başlayıblar.

Bu barədə siyasi ekspert Stepan Safaryanın jurnalistlərlə görüşündə bəlli olub. Politoloq jurnalistlərin Robert Köçəryanın hakimiyyətin başına qayıtmaq ehtimalının nə dərəcədə real olub-olmadığı ilə bağlı sualını cavablandırarkən, siyasi partiyalarının əksəriyyətinin onun qayıdışına qarşı olduğunu bildirib.

"Lakin eyni zamanda hamıya məlumdur ki, iki keçmiş prezident Sarkisyana qarşı taktiki oyun aparır. Əgər onlar öz aralarında razılığa gəlsələr hər şey, lap elə eks-prezidentlərin qayıdışı belə baş verə bilər" - deyə Safaryan əlavə edib.

Ekspertlər qeyd edirlər ki, Robert Köçəryan və Serj Sarkisyan arasından qara pişik çoxdan keçib. Azərbaycan torpaqlarında öz qanlı izlərini qoymuş bu iki Qarabağ döyüşçüsünü yalnız bir şey birləşdirir - hər ikisi avtomatı daha yaxşı idarə edirlər, nəinki dövləti. Ölkənin bugünki iqtisadi vəziyyəti və vətəni tərk edən insanlarının sayı buna ən yaxşı isbatdı.

Bu hiyləgər müharibədən kimin qalib çıxmasından asılı olmayaraq uduzanlar artıq bəllidir - bu erməni xalqıdır. Bu xalq artıq anlamağa başlayıb ki, onların heç birində hər şeyi yaxşıya doğru dəyişdirməyə kömək edəcək sehrli çubuq yoxdur. Artıq onlar başa düşürlər ki, hər şeyi kökündən dəyişmək lazımdır: Siyasətçiləri də, iqtisadiyyatçıları da, liderləri də və əlbəttə ki, Cənubi Qafqazdakı bütün qonşularla ortaq nöqtəni tapa biləcək biri lazımdır. Belə isə, Köçəryanın qayıdacağı və ya Sarkisyanın qalması heç nəyi dəyişmir, ikisi də bir-birinin tayıdır.ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler