» » Macarıstanın hökumət üzvləri Azərbaycana səfər edəcək

Macarıstanın hökumət üzvləri Azərbaycana səfər edəcək

Bölmə: Siyasət
Macarıstanın hökumət üzvləri Azərbaycana səfər edəcək
Macarıstanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Xalqinfo.az-in Macarıstan səfirliyindən əldə etdiyi məlumata görə, mədəniyyət naziri Peter Hoppal, xarici işlər nazirinin müavini Jolt Çutora və digər hökumət üzvlərindən ibarət nümayəndə heyətinin səfəri 16-18 mart tarixlərində nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda keçiriləcək Macarıstan günləri ilə bağlı tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, Macarıstan günləri çərçivəsində keçiriləcək tədbirlərin təşkilatçısı bu ölkənin Azərbaycandakı səfirliyidir. Macarıstan günləri çərçivəsində müxtəlif təqdimatlar, konsertlər, sərgilər və digər tədbirlər keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler