» » "Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq"- Birinci vitse-prezident

"Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq"- Birinci vitse-prezident

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
"Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq"- Birinci vitse-prezident
"Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar. Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir".

Xalqinfo.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunan müşavirəyə yekun vurarkən bildirib.

Mehriban Əliyeva bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ərazilər ayırmalıdır: "Bildiyimə görə, Sumqayıtda ərazi var. Lazımi infrastruktur və kommunikasiya xətləri dövlət dəstəyi ilə çəkilməlidir. Əlbəttə, bütün bu işlər əlavə vəsait tələb edir. Bu vəsait tezliklə ayrılmalıdır. Ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan köçkün ailələri tezliklə yeni binalara köçürülməlidir. Bununla yanaşı, Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalar var. Bu binalarda köçkünlər üçün mənzillər alınmalıdır. Müvafiq dövlət orqanları - Prezident Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında koordinasiya yaradılmalıdır. Bu, bizim ümumi işimizdir və tezliklə lazımi addımlar atmalıyıq".

Azərbaycanın Birinci vitse-prezidenti qaçqınların və məcburi köçkünlərin işlə təminatı məsələsinə də toxunub: "Dediyim kimi, son 13 il ərzində 400 minə yaxın məcburi köçkün işlə təmin olunmuşdur. Amma yenə də bu sahədə problemlər var. Ona görə də rayon icra hakimiyyətləri bu barədə düşünsünlər, bəlkə kiçik biznes, ya kiçik müəssisələr barədə təkliflər hazırlasınlar. Bildiyiniz kimi, Prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün böyük vəsait ayrılıb, iş yerləri yaradılıb. İş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etmək lazımdır. Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar. Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir. Mən bu işdə hər birinizə uğurlar arzulayıram".

Şərh Yaz
ŞƏRH(1)

rahim 9 mart 2017 23:10
qaçqınlar işğal olunmuş torpaqlara qayıdacaqlarsa onlara təzə ev vermək nəyə görə lazımdır.bəlkə də bu sözlər nə vaxtsa reallaşa bilər.ancaq fakt budur ki,dövlət bu istəyini indi realla.dıra bilmir.bunun obyektiv səbəbləri məlumdur.sadəcə olaraq ermənilərə qarabağda və qarabağ ətrafında rahat yaşamağa və qəsəbələr salmağa imkan vermək olmaz.onlara dairmi uzaq vuran artileriyadan atəş açmaq və ordularını qırmaq lazımdır.Əks halda səslənən bəyanatlara xalq inanası deyil.əslində xalq bu gün heç kimə inanmır.Ancaq Mehriban xanıma böyük ümuidlər var.hər bir halda ancaq yeniliklər ümuidi ilə yaşayırıq.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler