Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı - FotolarMartın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub. “Xalqinfo” AzərTac-a istinadən xəbər verir ki, İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İran Prezidenti Həsən Ruhani İlham Əliyevi qarşılayıb. Azərbaycanın və İranın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər. Prezidentlər birgə foto çəkdiriblər. İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|