» » Millət vəkili türk şəhid ailələrini ziyarət etdi

Millət vəkili türk şəhid ailələrini ziyarət etdi

Bölmə: Siyasət
Millət vəkili türk şəhid ailələrini ziyarət etdi
“Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı” mövzusunda konfrans vermək üçün Ankaraya səfər edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Ankara Pursaklar bələdiyyə başqanı Səlçuq Çetinlə görüşüb.

Xalqinfo.az xəbər verir ki, millət vəkilinin Ankara Pursaklarda Qarabağ Parkı təklifinə həssaslıqla yanaşan bələdiyyə başqanı bu təşəbbüsün gerçəkləşəcəyini deyib.

Görüş zamanı Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ hadisələri, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumat verib. Səlçuq Çetinlə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarixi və mədəniyyətinin öyrədilməsinin vacibliyi ilə bağlı müzakirələr aparılıb. Q.Paşayeva Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Ankara Pursakların da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini dilə gətirib. Səlçuq Çetin də bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.

Səlçuq Çetinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib.

Q.Paşayeva Ankara Pursaklarda həmçinin fəal gənclər və qadın təşkilatları ilə də görüşüb, yerli KİV-lərə geniş müsahibələr verib və suallarını cavablandırıb. Millət vəkili Q. Paşayeva bələdiyyə başqanının müşayəti ilə bəzi şəhid ailələrini də ziyarət edib, başsağlığı diləyib.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler