» » AXCP özünün Rəyasət Heyəti üzvünü müdafiə etmədi

AXCP özünün Rəyasət Heyəti üzvünü müdafiə etmədi

Bölmə: Siyasət
AXCP özünün Rəyasət Heyəti üzvünü müdafiə etmədi
Bugünlərdə ölkənin tanınmış vəkillərindən biri, MSK-nın və AXCP Rəyasət Heyətinin keçmiş üzvü Mənsum Bayramovun həbsi haqda məlumat yayıldı. AXCP Mətbuat Xidməti bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, M.Bayramov xeyli müddət idi partiya rəhbəriliyindən və ümumiyyətlə siyasətdən səssiz-küysüz çəkilmişdi. Ona görə də partiya rəhbərliyi onunla bağlı nə baş verdiyini hələ tam aydınlaşdıra bilməyib.

Mənsum Bayramova qarşı irəli sürülən ittihamların mahiyyəti və həmin ittihamlara onun özünün münasibəti hələ ki AXCP rəhbərliyinə məlum deyil. Buna görə də partiya baş vermiş hadisəyə siyasi qiymət vermir.

Lakin onu da istisna etmir ki, Mənsum Bayramov siyasətdən çəkilsə də, hökumət onun MSK üzvü olarkən saxta seçki protokollarını imzalamadığını unutmayıb.

Açıqlamanın sonunda partiyanın hadisəni diqqətdə saxlayacağı qeyd olunur.musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler