» » Nazir yeni rəis təyin etdi

Nazir yeni rəis təyin etdi

Bölmə: Siyasət, Sosial
Nazir yeni rəis təyin etdi
Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə 3 aydan sonra yeni rəis təyin edilib.

Xalqinfo.az xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis kapitanı İlkin Məmmədov təyin olunub.

O, bundan əvvəl Göygöl rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin sabiq rəisi, polis kapitanı Vüqar Qasımov yük avtomobili və taksi sürücüləri ilə düzgün davranmadığı üçün aralarında yaranan problemlər səbəbindən 2016-cı il oktyabrın 15-də rayon polis şöbəsinin qarşısında bir qrup şəxs tərəfindən təşkil edilən etiraz aksiyasından sonra tutduğu vəzifədən azad olunub. Həmin vaxt sürücülərin narazılığı da aradan qaldırılıb. V. Qasımov cəmi bir ay Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler