» » İlham Əliyev məşhur şirkətin rəhbəri ilə görüşdü - Fotolar

İlham Əliyev məşhur şirkətin rəhbəri ilə görüşdü - Fotolar

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev məşhur şirkətin rəhbəri ilə görüşdü - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Al Faisal Holding” şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani ilə görüşüb.

Xalqinfo” xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin Qətərə bu səfərinin ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Böyük biznes qurumunun rəhbəri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycana səfərini xatırladaraq, ölkəmizlə bağlı xoş təəssüratlarının olduğunu deyib.

Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycanın müasir və təhlükəsiz ölkə olduğunu qeyd edib. O, ölkəmizdə Qətər vətəndaşlarına xoş münasibət göstərildiyini məmnunluqla vurğulayıb, yaxın gələcəkdə böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini deyib.

Söhbət zamanı ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.


Xalqinfo.az

İlham Əliyev məşhur şirkətin rəhbəri ilə görüşdü - Fotolar
İlham Əliyev məşhur şirkətin rəhbəri ilə görüşdü - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler