» » Bakıda prezidentin iştirakı ilə - “Xocalı yürüşü” başladı

Bakıda prezidentin iştirakı ilə - “Xocalı yürüşü” başladı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Bakıda prezidentin iştirakı ilə - “Xocalı yürüşü” başladı
Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Bakıda yürüş keçirilir.

"Xalqinfo" AzTV-yə istinadən xəbər verir ki, yürüşdə prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və dövlət rəsmiləri iştirak edir.

Yürüş “Xocalı” abidəsinin önündə bitəcək.

***

Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Ön sırasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın olduqları yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar.

Ümumxalq yürüşünün iştirakçıları və onların keçdiyi prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilirdi.


Bakıda prezidentin iştirakı ilə - “Xocalı yürüşü” başladı
Bakıda prezidentin iştirakı ilə - “Xocalı yürüşü” başladı
Bakıda prezidentin iştirakı ilə - “Xocalı yürüşü” başladı
Bakıda prezidentin iştirakı ilə - “Xocalı yürüşü” başladı
Bakıda prezidentin iştirakı ilə - “Xocalı yürüşü” başladı
Bakıda prezidentin iştirakı ilə - “Xocalı yürüşü” başladı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler