» » "Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib" Milli Məclisinin vitse-spikeri:

"Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib" Milli Məclisinin vitse-spikeri:

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
"Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib" Milli Məclisinin vitse-spikeri:
"Ötən gecə cəbhədə baş verənlər bir daha onu göstərir ki, Ermənistan nə beynəlxalq hüququ sayır, nə ölkənin ərazi bütövlüyü prinsipinə hörmət edir, ümumiyyətlə, hər hansı hərəkətinin məsuliyyətini hiss etmir".

Xalqinfo.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Ermənistanın cəbhədə törətdiyi son təxribatı şərh edən Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova deyib.

B. Muradova bildirib ki, Ermənistan qondarma "Dağlıq Qarabağ Respublikası"nda qondarma "referendum" keçirməklə müstəqil qurum olduğunu isbatlamağa çalışırdı. Lakin bu cəhdin iflasa uğradığını görüb cəbhədə təxribat törətməklə diqqəti yayındırmaq istədi: "Ermənistan daha çox dünya ictimaiyyətinin nəzərində qalmaq üçün bu cəhdləri göstərir. Həm cəbhədə təxribat törədir, həm də informasiya təxribatı aparır. Bunu da erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindəki ayrı-ayrı dəstələri dinc azərbaycanlıları hədəf götürməklə edir. Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib".


Vitse-spiker bildirib ki, Ermənistan dünya ictimaiyyətini, beynəlxalq hüququ tanımır, öz istədiyini edir: " Ermənistanın təxribatının başqa adı yoxdur".

Vitse-spiket deyib ki, onsuz da Ermənistan danışıqlarda imitasiya xatirinə, özünü göstərmək naminə iştirak edir: " Ermənistan heç vaxt danışıqlarda konstruktiv mövqe tutmayıb. Bunu dünya ictimaiyyəti də bilir ki, Ermənistan hazırkı status-kvonun saxlanmasına cəhd edir. Hətta sülh danışıqlarında tərəf kimi nəyəsə razılıq vermək istəyirsə, bunu qondarma rejimin rəsmiləşdirilməsi istiqamətində görür. Bizim sülh danışıqlarındakı iştirak məqsədimizlə Ermənistanınkı diametral şəkildə bir-birinin əksinədir. Yəni danışıqlarda əngəllər yaradır, həm də cəbhədə belə təxribatları törədir ki, status-kvo saxlansın. Ermənistanın niyyəti budur".


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler