» » Sofiyada Xocalı soyqırımının 25-ci ildönümü anılıb

Sofiyada Xocalı soyqırımının 25-ci ildönümü anılıb

Bölmə: Siyasət
Sofiyada Xocalı soyqırımının 25-ci ildönümü anılıb
Fevralın 23-də Sofiya şəhərinin “Odeon” kinoteatrında Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində tarixin yaddaşlardan heç vaxt silinməyən, müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuş Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, anım mərasimində Bolqarıstanın dövlət qurumlarının nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbər və əməkdaşları, Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, Azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, eləcə ölkənin ictimai və mədəni xadimləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova Azərbaycan xalqı ilə bu ağrılı günü bölüşdükləri üçün iştirakçılara Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi adından minnətdarlığını ifadə edib.

1992-ci ilin 26 fevral tarixində baş vermiş Xocalı soyqırımından 25 il ötməsinə baxmayaraq bu faciənin hər bir azərbaycanlının qəlbində dərin kədərə səbəb olmaqda davam etdiyini bildirən səfir məhz həmin gecə Ermənistan-Azərbaycan münaqişəsi ərzində ermənilər tərəfindən xalqımıza qarşı bir gecədə ən böyük soyqırımın törədildiyini vurğulayıb. Bu dəhşətli faciəni Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi sistemli etnik təmizləmə siyasətinin bir hissəsi kimi xarakterizə edən səfir erməni təbliğat qruplarının beynəlxalq ictimaiyyəti aldatmaq və işğal olunmuş Azərbaycan ərazilərində monoetnik ərazi yaratmaq üçün bütün vasitələrə əl atmaqdan çəkinmədiyini bildirib.

Daha sonra həmmüəllif İen Pertin (Ian Peart) iştirakı ilə "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" ("Khojaly Witness of a war crime - Armenia in the Dock") kitabının təqdimatı olub. İen Pert tədbirdə çıxış edərək Xocalı şahidlərinin ağır həyat hekayələri və Ermənistanın işğalçı siyasəti barədə auditoriyaya təfsilatlı məlumat verib. Həmmüəllif BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamələri xatırlayaraq,işğalçının və ona rəhbərlik edənlərin hər kəsə məlum olduğunu, lakin onlara qarşı hər hansı bir tədbirin görülmədiyini təəssüflə ifadə edib. Xocalı soyqırımı ilə əlaqədar Qərb və Rusiya KİV-ində çap olunmuş məqalə, həmçinin elmi araşdırmaların kitabda yer aldığını vurğulayan İ.Petr soyqırımına dair beynəlxalq insan hüquqları təşkilatlarının (Memorial və Human Rights Watch/Helsinki) hesabatlarının tam şəkildə nəşrdə öz əksini tapdığını bildirib.

Tədbirdə Xocalı dəhşətlərinin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin soyqırımından xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında çəkilmiş “Sonsuz Dəhliz” (Endless Corridor) sənədli filminin nümayişi olub.

Anım mərasimi həmçinin Bolqarıstanın dövlət televiziya kanalı BNT və BNR radiosunda işıqlandırılıb.


Xalqinfo.az

Sofiyada Xocalı soyqırımının 25-ci ildönümü anılıb
Sofiyada Xocalı soyqırımının 25-ci ildönümü anılıb
Sofiyada Xocalı soyqırımının 25-ci ildönümü anılıb
Sofiyada Xocalı soyqırımının 25-ci ildönümü anılıb
Sofiyada Xocalı soyqırımının 25-ci ildönümü anılıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler