» » İsa Qəmbər yubileyində Baş Prokurorluğa çağırıldı

İsa Qəmbər yubileyində Baş Prokurorluğa çağırıldı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İsa Qəmbər yubileyində Baş Prokurorluğa çağırıldı
Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Xalqinfo” xəbər verir ki, Müsavat Partiyasının mətbuat departamentindən bastainfo.com-a verilən məlumata görə, prokurorluqdan Müsavat Partiyasına bununla bağlı rəsmi çağırış vərəqələri göndərilib.

Çağırış vərəqələrində bildirilir ki, Arif Hacılı və İsa Qəmbər şahid qismində ifadə vermək üçün fevralın 27-də saat 10:30-da Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunurlar. Çağırışda istintaqın mühacirətdə olan Azərbaycan vətəndaşları ilə əlaqədar olduğu da qeyd edilib.

Qeyd edək ki, bu gün İsa Qəmbər 60 illik yubileyini qeyd edir.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler