» » İlham Əliyev şeyxə məktub göndərdi

İlham Əliyev şeyxə məktub göndərdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev şeyxə məktub göndərdi
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm", - təbrikdə qeyd edilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler