» » Abdolbari Gözəl “Şöhrət” ordeniylə təltif edildi -

Abdolbari Gözəl “Şöhrət” ordeniylə təltif edildi - Fotolar

Bölmə: Siyasət
Abdolbari Gözəl “Şöhrət” ordeniylə təltif edildi -
"Azərsun Holdinq" MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gözələ "Şöhrət" ordeni təqdim edilib.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, A.Gözələ ordeni Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Təqdimat mərasimində çıxış edən Ə. Həsənov bildirib ki, “Azərsun Holdinq” artıq milli deyil, transmilli şirkətdir: “Təkcə onu qeyd etmək kifayət edir ki, holdinqin yaratdığı infrastruktur, istehsalat sahələri, logistika beynəlxalq standartlara cavab verir. Şirkətlər qrupunda on minlərlə vətəndaşımız çalışır ki, onlar yüksək əmək haqları ilə təmin olunublar. Holdinqin istehsal etdiyi məhsullar nəinki daxili tələbatı ödəyir, eyni zamanda milli brend kimi xarici bazarlarda tanınır ki, bunun nəticəsində ölkəyə xarici valyuta daxil olur. “Azərsun Holdinq” ölkəmizə yeni istehsalat mədəniyyəti gətirib. Holdinqin uğurlarının təməlində dayanan əsas amil odur ki, Abdolbari Gözəl bura zəhmətkeş insanları toplaya bilib. “Azərsun Holdinq” ölkənin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna yer tutur. Bu cür şirkətlər isə dövlətin diqqət və qayğısından bəhrələnir”.

Daha sonra Ə.Həsənov "Şöhrət" ordenini iş adamına təqdim edib.

A. Gözəl isə çıxışında Azərbaycana Turqut Özalın təklifi ilə gəldiyini deyib: "O vaxt İrandan Türkiyəyə gedərkən Özala İsveçrəyə gedəcəyimi dedim. Çünki İran hakimiyyətinə dəstək verdik, amma bunun qarşılığını almadıq. Özal isə məni israrla Azərbaycana göndərdi. O zaman ilk dəstəyi Heydər Əliyevdən aldıq. Həmin dövrdə bizə tez-tez nazirlər “qonaq gəlirdi”. Bu barədə Heydər Əliyevə dedim. Prezident çox əsəbiləşdi və onlara ciddi xəbərdarlıq etdi. Ardınca ölkə başçısı mənə dedi ki, “bundan sonra qonaq gələn olmayacaq". Biz o zaman qida sektoruna daxil olduq. İstehsal etdiyimiz çay artıq bir dünya brendinə çevrilib. Biz iş görərkən heç vaxt pulu, qazancı düşünməmişik".

Qeyd edək ki, tədbirdə Azərbaycan və Türkiyə kənd təsərrüfatı nazirləri, Sahibkarlar Konfederasiyasının rəhbəri və digər məsul şəxslər iştirak edib.
Tədbirlə bağlı geniş reportajı oxucularımıza sabah təqdim edəcəyik.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler