» » Ermənistan Azərbaycanı raketlə təhdid edir

Ermənistan Azərbaycanı raketlə təhdid edir

Bölmə: Siyasət
Ermənistan Azərbaycanı raketlə təhdid edir
"Ötən il Ermənistana Rusiyadan gətirilən "İskəndər" raket kompleksləri ordunun silahlanmasına daxildir".

Xalqinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Viqen Sarkisyan RİA xəbər agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu raket kompleksi müqabilində Rusiyaya nə qədər pul ödəniləcəyi gizli olaraq saxlanılır: "İskəndər" kompleksləri tətbiq edildiyi ölkənin infrastrukturuna böyük zərər vura bilər. Təbii ki, bu silahın tətbiqi haqqında qərar vəziyyətdən asılı olaraq verilə bilər".

Ermənistan müdafiə naziri bu açıqlaması ilə açıq-aşkar Azərbaycanı təhdid edir. Təlaş içərisində olan Ermənistan tərəfi atdığı hər təxribat addıma görə Azərbaycanın cavab tədbirləri görəcəyindən narahatdır.

Qeyd edək ki, Azərbaycan "İskəndər" raket komplekslərindən müdafiə olunmaq üçün çoxdan lazımi tədbirləri görüb. Belə ki, İsraillə danışıqlar aparan Azərbaycan "Dəmir günbəz” raket kompleksini alıb. Əsas funksiyası hava hücumundan müdafiədir. Raket kompleksinin hər bir batareyası 150 kvadrat kilometrlik ərazini qoruyur. 2011-ci ilin martından İsrail ordusu bu raketlərdən aktiv şəkildə istifadə etməyə başlayıb. 2014-cü ilin sonuna olan məlumata görə, "Dəmir günbəz” vasitəsilə 1200 raket vurulub.

Hazırda bu, kompleksdən yalnız İsrail və Sinqapurda istefadə edilir. İndiyədək "Dəmir günbəz”in 10 batareya istehsal olunub. Hər bir batareyanın dəyəri 50 milyon dollardır. Onun ağırlığı 90 kiloqram, uzunluğu 3 metrdir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler