» » Ramil Usubov generala vəzifə verdi

Ramil Usubov generala vəzifə verdi

Bölmə: Siyasət, MANŞET
Ramil Usubov generala vəzifə verdi
Bir müddət əvvəl xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyev daxili işlər naziri Ramil Usubovun müşaviri təyin edilib.

Xalqinfo.az xəbər verir ki, bunu Report-a açıqlamasında DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidovun sözlərinə görə, polis general-mayoru Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq o, yeni vəzifəyə təyin olunub.

İdarə rəisi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"O, təqaüdə göndərilməyib, rəis müavinidir və fəaliyyətini davam etdirir".


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler