» » Türkiyədə ilk Xarı bülbül abidəsi açıldı

Türkiyədə ilk Xarı bülbül abidəsi açıldı

Bölmə: Siyasət, Dünya
Türkiyədə ilk Xarı bülbül abidəsi açıldı

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Bolu vilayətində Qarabağ parkı və Xarı bülbül abidəsinin açılış mərasimində iştirak edib.

Xalqinfo.az xəbər verir ki, mərasimə Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalıları, türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınlar, Bolu valisi və bələdiyyə başqanı, QHT, KİV rəhbərləri, yüzlərlə yerli sakin qatılıb.

Bolu bələdiyyə başqanı Alaəddin Yılmaz bildirib ki, bir neçə ay əvvəl bölgədə Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili Q.Paşayeva Boluda Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq, tezliklə bu təklifin reallaşacağını söyləyib və bu gün bu parkın açılışını həyata keçirməkdən çox məmnundur.

Azərbaycana böyük sevgi bəslədiklərini deyən Yılmaz və Bolu valisi Aydın Baruş bildiriblər ki, Qarabağ, Xocalı soyqırımı ağrısı bütün türklərin ağrısıdır.

Q.Paşayeva Bolu bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə danışıb. O, Boluda Qarabağ parkı və Qarabağ, Xarı bülbül abidəsinin açılışının dosta, düşmənə ciddi bir mesaj olduğunu deyib:

“Qardaş Türkiyədə ilk Xarı bülbül heykəli Boluda açıldı. Heykəlin memarı Akif Əsgərovla heykəl hazırlanmadan öncə geniş müzakirələr apardıq. Xarı bülbül abidəsinin üzərində Azərbaycanın və bütün türk dünyasının böyük şairləri, aydınları Molla Pənah Vaqif və Xan qızı Xurşidbanu Natəvanın kiçik heykəlləri, qədim Şuşa məscidi, muğam musiqimizi üçlük, Xocalı soyqırımını əks etdirən fəryad edən ana abidəsi öz əksini tapıb”.

Çıxışlardan sonra əməkdar artist Nuriyyə Hüseynovanın “Qarabağ şikəstəsi” ifasının sədaları altında Qarabağ parkı və Xarı bülbül abidəsinin açılışı olub, parkın və abidənin lenti kəsilib, şəhidlərimizin ruhuna dualar oxunub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler