» » “Mehriban Əliyevanın bu vəzifənin də öhdəsindən gələcəyinə inanırıq”

“Mehriban Əliyevanın bu vəzifənin də öhdəsindən gələcəyinə inanırıq” Ərdoğanın Baş müşaviri

Bölmə: Siyasət
 “Mehriban Əliyevanın bu vəzifənin də öhdəsindən gələcəyinə inanırıq”
Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinin öhdəsindən də layiqincə gələcəyinə inanırıq”.

Bunu Publika.az-a eksklüziv açıqlamasında Türkiyənin keçmiş mədəniyyət və turizm naziri, Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuat üzrə Baş müşaviri Yalçın Topçu söyləyib.

Y.Topçu deyib ki, Mehriban xanım Əliyeva kifayət qədər böyük təcrübəyə malikdir:

“İnanıram ki, onun Birinci vitse-prezident təyin olunması Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirəcək. Bilirsiz ki, cənab Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan bu münasibətlə hörmətli Prezident İlham Əliyevə zəng edərək, təbriklərini çatdırıblar. Cənab Ərdoğan ən doğru olan addımı atıb. Təkcə, bu iki ölkə arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasının göstəricisidir. Mən bu təyinatın xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacağına inanıram”.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler