» » Deputatlar ATƏT Parlament Assambleyasının qış sessiyasına gedir

Deputatlar ATƏT Parlament Assambleyasının qış sessiyasına gedir

Bölmə: Siyasət
Deputatlar ATƏT Parlament Assambleyasının qış sessiyasına gedir
ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva və Kamran Nəbizadə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün fevralın 22-dən 25-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaqlar.

"Xalqinfo" Parlamentin mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya çərçivəsində daimi komitənin, siyasi məsələlər və təhlükəsizlik komitəsinin, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin və demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin iclasları keçiriləcək. İclaslarda ATƏT PA-nın fəaliyyəti barədə məruzələr dinləniləcək, “Böhran dövründə insan hüquqlarının müdafiəsi”, “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə”, “Su ehtiyatlarının idarə olunması: su təhlükəsizliyi probleminin həlli və iqlim dəyişikliyi ilə mübarizə”, “Artan populizm fonunda insan hüquqlarının müdafiəsi” mövzularında müzakirələr aparılacaq.

Tədbirlərdə Milli Məclisin deputatları çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibət bildirəcəklər.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler