» » "Bizim ölkə onlar üçün yeganə variant idi" - Prezident İlham Əliyev

"Bizim ölkə onlar üçün yeganə variant idi" - Prezident İlham Əliyev

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
"Bizim ölkə onlar üçün yeganə variant idi" - Prezident İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edərkən Rusiya və ABŞ generallarının Bakı görüşü haqqında da danışıb.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan həqiqətən də Rusiya və ABŞ hərbçilərinin görüşə biləcəyi tək yer idi. Bakını seçmək qərarı bizim tərəfimizdən qəbul edilməmişdi, biz bu görüşə təşəbbüs etməmişik – bizə təklif etdilər, biz buna razılaşarıqmı.
Niyə Azərbaycanı seçdilər? Mən özüm özümə bu sualı verdim, amma Avrasiyanın xəritəsinə baxanda anladım ki, ola bilər, bizim ölkəmiz onlar üçün yeganə variant idi. Biz NATO-nun və KTMT-nın üzvü deyilik, bizim dünyada çox yaxşı nüfuzumuz var, bizim ölkəmizin ABŞ-la, Avropa ilə, qonşularımızla, Rusiya ilə qaydaya salınmış münasibətlərimiz var və onlardan hər biri bizə hörmət edir", - deyə İ.Əliyev izah edib.
" Rusiyanın və ABŞ-ın Baş Qərargah rəislərinin Bakıda görüşü Azərbaycanın əsas hərbi-siyasi birləşmələrdən bərabər uzaqlıqda yerləşməsi və hər iki ölkə ilə müsbət münasibətlərdə olmasıyla izah olunur.
Sabitliyin amili kimi Azərbaycanın rolu yalnız bizim regionumuzda deyil, həm də bütün dünyada qəbul edilir, bu, regional sabitliyə bizim töhfəmizdir", - deyə Azərbaycan prezidenti vurğulayıb.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler