» » Azərbaycan Böyük Britaniya münasibətləri müzakirə olunub

Azərbaycan Böyük Britaniya münasibətləri müzakirə olunub

Bölmə: Siyasət, Dünya
Azərbaycan Böyük Britaniya münasibətləri müzakirə olunub
Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münhen Təhlükəsizlik konfransı çərçivəsində Böyük Britaniya Parlamentinin üzvü, xarici işlər üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb.
Modern.az saytı xəbər verir ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə olundu, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov enerji sahəsində, o cümlədən Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirib. Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən iri miqyasli enerji layihələri - Cənub Qaz Dəhlizi, TAP və TANAP layihələri haqqında danışaraq onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu qeyd edib.
Alan Dunkan ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Elmar Məmmədyarov, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verib. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler