» » Çingiz Abdullayev və Pen-klub "Sülh Platforması"nı dəstəklədi

Çingiz Abdullayev və Pen-klub "Sülh Platforması"nı dəstəklədi

Bölmə: Siyasət, Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Çingiz Abdullayev və Pen-klub "Sülh Platforması"nı dəstəklədi
Azərbaycan PEN-klubu Ermənistan və Azərbaycan ictimaiyyətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasına yönələn səylərinə dəstəyini ifadə edib.

PEN-klubdan AzVision.az-a verilən məlumata görə, qurumun İdarə Heyətinin iclasında Azərbaycan və Ermənistan prezidentlərinə müraciətlərlə baxılıb, habelə Azərbaycan-Ermənistan Sülh Platforması müzakirə edilib.

“Dünya ictimaiyyəti tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərə qeyd-şərtsiz hörmət etməklə, hər iki tərəf regionumuzda sülhün bərqərar olması üçün qarşılıqlı məqbul şərtləri axtarıb tapmalıdır. Otuz ilə yaxın davam edən münaqişə iki dövlətin səyləri ilə həll olunmalıdır. Ermənistan daxil olmaqla, dünyada heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Qarşıdurma nəticəsində minlərlə insan həlak olub, çoxlu sayda ailələr doğmalarını və yaxınlarını itiriblər. Biz başa düşürük ki, bu itkiləri unutmaq çox çətin olacaq. Lakin münaqişənin digər tərəfini də görürük. Beynəlxalq vasitəçilərimiz önəmli nəticələr əldə edə bilməyiblər. İki tərəf Qarabağ münaqişəsi üzərində hakimiyyətə yiyələnmiş Ermənistan rəhbərliyinin günahı ucbatından kəsilən nəticəsiz danışıqları davam etdirirlər.

Artıq doğma yurd-yuvalarından məhrum olunmuş ikinci nəsil yetişir. Belə davam edə bilməz! Bizim əvəzimizə bu münaqişəni digər tərəflərin həll edəcəyinə ümid bəsləmək təhlükəlidir və uzaqgörən deyil. Bunu bu vəziyyətə dondurmaq övladlarımıza və nəvələrimizə insanlar arasında yeni itkilərə gətirib çıxaracaq potensial hərbi münaqişəni miras qoymaq deməkdir. Qonşuların dinc birgəyaşayışına alternativ yalnız qarşılıqlı məhvdir. Yaxud da nəhayət müasir dünyanın gerçəkliklərini qəbul etmək və Dağlıq Qarabağ münaqişəsinin həllinin tapmağa cəhd etmək lazımdır. Məhz buna görə də biz hesab edirik ki, bu cür müraciətlər iki ölkənin bütün ictimai təşkilatları tərəfindən öz xalqlarının rifahı naminə dəstəklənməlidir”, - deyə Azərbaycan PEN-klubunun bəyanatında vurğulanıb.

Qeyd edək ki, Azərbaycan PEN-klubunun rəhbəri yazıçı Çingiz Abdullayevdir.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler