» » Bu məcəllədə dəyişiklik edilir -

Bu məcəllədə dəyişiklik edilir - Müddət 5 dəfə artır

Bölmə: Siyasət
Bu məcəllədə dəyişiklik edilir -

Meşə Məcəlləsində dəyişiklik edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

“Xalqinfo” xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, yeni dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə icarə müqaviləsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ildən 49 ilədək verilə bilər: “Əvvəl isə bu müddət 10 il idi.

Bu dəyişiklik sahibkarlığın inkişafı ilə əlaqədar meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi məqsədilə hazırlanıb”.

Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler