» » Ərdoğan Əsədlə son söhbətindən danışdı

Ərdoğan Əsədlə son söhbətindən danışdı

Bölmə: Siyasət, Dünya
Ərdoğan Əsədlə son söhbətindən danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə son görüşündən danışıb.

"Xalqinfo".az Türkiyə mediasına istinadən xəbər verir ki, Beynəlxalq Sülh İnstitutunun Yaxın Şərq və Şimali Afrika ofisi tərəfindən təşkil edilən konfransda çıxış edən Ərdoğanın sözlərinə görə, Əsədlə son söhbətində Suriyada baş verən hadisələrlə bağlı ona xəbərdarlıq edib.

“Əsədə “Bəşər, bu gedişat yaxşı deyil. Öz xalqının üzərinə bombalar tökürsən, tanklarla xalqının üzərinə gedirsən. Sabahkı cümə bir başlanğıc olsun. Bu işi bitir. Vətəndaşın rahat şəkildə cümə namazını qılsın, dedim. Amma dinləmədi”, - deyə Türkiyə prezidenti bildirib.

Onun sözlərinə görə, Əsəd Tunisdə başlayan hadisələrin Suriyada baş verməyəcəyini düşünürdü:

“Tunisdəki hadisələri Əsədlə müzakirə etmişdik. Özü lap əvvəldən fərqli fikirdə idi. Gücünə çox güvənirdi, ölkəsində bu cür hadisələrin baş verməyəcəyini düşünürdü. Bizi dinləmədi. Dəfələrlə danışdıq. Xarici işlər nazirimi göndərdim. Və ən son Ramazan ayında bir gecə zəng etdim, “gəl bu yoldan imtina et” dedim. “Bunlar terrorçulardır” dedi. Səhərisi gün 360 nəfəri şəhid etdilər. İnsanları cümə namazında öldürdülər. Təbii ki, əlaqələrimizi kəsdik”.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler