» » İranda yüz minlərlə insan Trampa etiraz etdi

İranda yüz minlərlə insan Trampa etiraz etdi

Bölmə: Siyasət, Dünya
İranda yüz minlərlə insan Trampa etiraz etdi
İranda yüz minlərlə insan " Amerikaya öüm!" şüarı ilə ABŞ prezidenti Donald Trampa qarşı mitinqlərə çıxıb.

"Xalqinfo"-verdiyi məlumata görə, marş 1979-cu ildə baş vermiş İslam inqilabının ildönümünə həsr olunub.

İranın dövlət televiziyası xəbər verir ki, milyonlarla İran vətəndaşı Amerika və İsrail əleyhinə ənənəvi şüarlar səsləndirərək və ABŞ bayraqlarını yandıraraq ildönümünün bayram edilməsinə qoşulub. Eyni zamanda sosial şəbəkələrdə bir çox iranlılar fleşmoba qoşularaq, inqilabın ildönümünün bayram edilməsi zamanı bayraqları yandırmağı dayandırmağa çağırıblar.

“İslam inqilabının bayram edilməsi günündə İran xalqının küçələrə çıxmaq arzusu - bu, Ağ Evə cavabdır”, - deyə İran prezidenti Həsən Ruhani qeyd edib.

Onun sözlərinə görə, milyonlarla iranlı küçələrə çıxdı ki, inqilab yolundan, mərhum imam Xomeyninin və islam rəhbərliyinin kursundan imtina etməyəcəklərini Ağ Evin məmurlarına anlatsınlar.


Leyla Həsənova


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler