» » "... Prezidentin əlinə su tökməyə nə mənəviyyatları çatir, nə də şəxsiyyətləri" Tural Məmmədov

"... Prezidentin əlinə su tökməyə nə mənəviyyatları çatir, nə də şəxsiyyətləri" Tural Məmmədov

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
"... Prezidentin əlinə su tökməyə nə mənəviyyatları çatir, nə də şəxsiyyətləri" Tural Məmmədov
Azərbaycan prezidenti İlham Əliyevin ötən gün Brüsseldə Avropa Parlamentinin sədri Antonio Tajani ilə görüşməkdən imtina etməsinin səbəbi mətbuatda gedən məlumatlara görə, bu qurumun Azərbaycana qarşı bir qayda olaraq qeyri-obyektiv mövqe tutması ilə bağlıdır.

Bu məsələ ilə bağlı Azərbaycanın tanınmış ictimai-siyasi gənci Tural Məmmədov Xalqinfo.az-a açıqlama verib.

Qeyd etmək lazımdır ki, Azərbaycan gəncliyi dövlətçiliyimizə xidmət edən bütün məsələlərdə yüksək səviyyədə səy göstərir və hər zaman ölkə prezidentinin yanındadır. Mən də özüm bir gənc olaraq, bu proseslərdə son nəfəsimə qədər xalqımızın, dövlətçiliyimizin və sabitçiliyimizin qorunub saxlanılmasında bir vətəndaş kimi əlimdən gələni etmişəm və bundan sonra da edəcəyəm.

Bir məsələni də qeyd edək ki, dünən Ali Baş Komandanı cənab İlham Əliyev Brüsseldə Azərbaycan xalqının dövlətçiliyinin inkişafı naminə müəyyən görüşlər keçirmişdir. Və biz eşitdik ki, cənab prezident Avropa parlamentinin sədri ilə görüşdən imtina etmişdir. Biz hesab edirik ki, cənab prezidentin bu addımı çox təqdirə layiq məsələdir. Cənab prezident nə etdiyini bilir, ona kənardan müdaxilə etməyə ehtiyac yoxdur.

İlham Əliyev ulu öndərimizin layiqli davamçısı kimi xalqının və dövlətçiliyinin güclənməsində əsas dayaq nöqtəsidir. Və hesab edirəm ki, onun Avropa parlamentinin sədri ilə göruşməməsinin səbəbi Avropa parlamentinin Azərbaycana qarşı olan qərəzli mövqeyinin nəticəsi olub.

Bu gün Avropa parlamentində elə insanlar var ki, cənab prezident ilə nəinki görüşməyə, heç əlinə su tökməyə belə nə mənəviyyatları çatir, nə də şəxsiyyətləri. Ancaq buna baxmayaraq, oturublar avropada cənab prezidentin Azərbaycanın inkişafına, xalqına göstərdiyi xidmətdən, xarici siyasətinin uğurlarından qıcıqlanaraq Azərbaycana qarşı ağıla gəlməz sözlər yazmışlar. Azərbaycan xalqına, dövlətçiliyinə, cənab prezidentin fəaliyyətinə kölgə salmağa cəhd edirlər. Onlar bunu bacarmazlar. Çünki Avropa parlamenti nə vaxtdan bizə qarşı ədalətli olublar ki, indi də onsunlar. Bu məlum məsələdir.

Mən bir gənc olaraq, Avropa parlamentinə - cənab prezidentə, dövlətçiliyinə, ümumiyyətlə Azərbaycana qarşı qərəzli fikirləri olan insanlara üzümü tutub deyirəm ki, - "Elə etməsinlər ki, biz gənclik cənab prezidentə dəstək olaraq onların Azərbaycana gəlmələrinin qarşısını alaq, etiraz sesimizi bildirək". Bu gün Azərbaycan gəncliyi, Azərbaycan xalqı ümumilikdə çox firavan və sabit yaşayır. Cənab prezident layiqincə öz vəzifəsini yerinə yetirir və xalqına xidmət edir. Biz prezidentimizlə qürür duyuruq.

Mən bir Azərbaycan vətəndaşı olaraq qeyd edirəm ki, Avropa parlamenti təmsil elədikləri bəzi ölkərin rəhbərlərinə baxsınlar. Nə zaman bizim cənab prezident kimi rəhbərləri olarsa o zaman nədənsə danışa bilərlər. Bu gün dırnaq arası demokratiyadan, ədalətdən danışanlar özləri bir başa ədalətsiz olan insanlardır.
Avropa parlamentinə sual vermək lazımdır ki, - “Siz nə istəyirsiniz? Bu qərəziniz nə üçündür?”.

Vaxt gələcək siz də bu ədalətsizliklə qarşılaşacaqsınız..

Bəzi satqınlar, mənəviyyatlarını pula satmışlar, Avropa parlamentinin cibində olan dollara gözünü dikmiş insanlar Azərbaycandan gedib ordakılara qoşulub Azərbaycan əleyhinə fikirlər deyirlər və nəinki bu elədiklərindən utanırlar hətta özlərini demokratik hesab edirlər.

Qeyd etmək istəyirəm ki, belə proseslər qısqanclıqdan, Azərbaycan xalqına, dövlətinə qarşı qərəzdən yaranır. Və biz bu məsələlərə layiqincə cavabını verəciyik, çünki bizim şərəfli, qədim tariximiz, ləyaqətli, böyük mənəviyyata, adət-ənənələrə sahib xalqımız var. Ən əsası bu şərəfli, ləyaqətli xalqın və çox dünya liderlərinə nümunə ola biləcək bir rəhbərimiz, cənab prezidentimiz-İlham Əliyev var.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler