» » “Bundan sonra jurnalistlərlə...” -

“Bundan sonra jurnalistlərlə...” - Ehsan Zahidovdan AÇIQLAMA

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Bundan sonra jurnalistlərlə...” -

Daxili işlər naziri Ramil Usubov polis polkovniki Ehsan Zahidovun Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəisi təyin olunması barədə əmr imzalayıb.

Əmrə əsasən, indiyədək DİN-in mətbuat xidmətinin rəisi müavini postunu tutan E.Zahidov bundan sonra rəis vəzifəsində çalışacaq.

E.Zahidov yeni təyinatı ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, bundan sonra da jurnalistlərlə qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində çalışacaq.

Rəis hələlik müavin postunun boş qaldığını bildirib:
“Uyğun kadr olan kimi təyinat olacaq”.

DİN-in mətbuat xidmətinin sabiq rəisi Sadiq Gözəlov bu yaxınlarda təqaüdə göndərilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler