» » Davutoğlunu siyasətdə saxlayan iki hadisə

Davutoğlunu siyasətdə saxlayan iki hadisə

Bölmə: Siyasət
Davutoğlunu siyasətdə saxlayan iki hadisə
Türkiyənin yeni baş naziri Əhməd Davutoğlu 2007-ci ildə akademik həyata qayıtmağa qərar vermişdi.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Dağlıca hücumu və “367 böhranı” onu bu qərardan döndərdi.

Xatırladaq ki, 2007-ci il oktyabrın 21-də Türkiyənin cənub-şərqində, Hakkari rayonu ərazisindəki Dağlıca sərhəd zastavasına PKK terrorçuları hücum etmişdilər. Hücumu nəticəsində 12 türk əsgəri şəhid olmuş, 16 əsgər yaralanmış, 8 əsgər terrorçular tərəfindən girov götürülmüşdü.

Ə.Davutoğlu baş verənləri “Türkiyəyə qurulan tələ” olaraq şərh edərək siyasi karyerasını davam etdirməyə qərar vermişdi. Həmin dövrdə Türkiyəyə qarşı məqsədli bir əməliyyatın həyata keçirildiyini düşünən Davutoğlu “Dağlıca hücumu 2007-ci il prezident seçkiləri ilə bağlıdır” söyləmişdi.

“367 böhranı” isə 2007-ci il prezident seçkiləri ilə əlaqədar ortaya çıxmışdı. Prezidentin seçilməsi üçün parlamentin iclasına 367 millət vəkilinin qatılması vacib olsa da, bu mümkün olmurdu. Ölkədə hətta prezident seçkisinin ləğv olunması və növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmdə idi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler