» » "Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm" -

"Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm" - Elmar Məmmədyarov

Bölmə: Siyasət
"Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm" -

Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, Rusiya üç ölkənin xarici işlər nazirləri səviyyəsində görüş təşkil etməyə çalışır: "Azərbaycan bu görüşə razılığını verib".

Nazir bildirib ki, fevralın 17-19-da Münhendə keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, yanvarın 24-də E.Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində RF xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler