» » İlham Əliyev Avropa Komissiyasının baş direktorunu qəbul etdi

İlham Əliyev Avropa Komissiyasının baş direktorunu qəbul etdi (YENİLƏNDİ)

Bölmə: Siyasət
İlham Əliyev Avropa Komissiyasının baş direktorunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ilk dəfə ölkəmizə səfər etdiyini, paytaxtımızın arxitekturasının, xüsusilə də Heydər Əliyev Mərkəzinin gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla vurğuladı.

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın, o cümlədən ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, enerji, həmçinin TAP, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə görülən işlərdən danışdı, bütün bu sahələrdə həyata keçirilən mühüm layihələrin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində önəmini xüsusi qeyd etdi.

Kristian Danielson Azərbaycanda görülən işlərin Avropa-Azərbaycan əməkdaşlığının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

İlham Əliyev Avropa Komissiyasının baş direktorunu qəbul etdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler