» » DGK-nin yaranmasından 25 il ötür -

DGK-nin yaranmasından 25 il ötür - FOTO

Bölmə: Siyasət
DGK-nin yaranmasından 25 il ötür -

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

Xalqinfo.az xəbər verir ki, tədbirdən əvvəl gömrük xidməti əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını, həmçinin "Şəhidlər xiyabanı"nı ziyarət ediblər.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük xidməti orqanlarının 25 il ərzində keçdiyi yoldan geniş danışıb. Qeyd edib ki, Dövlət Gömrük Komitəsi Azərbaycan müstəqilliyinin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb.

Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycan gömrük xidməti ölkədə fiskal siyasəti yürüdür: “Komitə eyni zamanda hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Azərbaycanın dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu mühüm dərəcədə artıb, gömrük işinin iqtisadi göstəriciləri də xeyli yüksəlib. Gömrük xidmətinin əsas funksiyalarından biri olan fiskal siyasətin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq büdcə daxilolmalarının həcmində hər il artım qeydə alınır”.

Sonra Belarus Macarıstan, Qazaxıstan, Gürcüstan, Rusiya və digər dövlətlərin gömrük orqanlarının rəhbər şəxsləri çıxış edərək Azərbaycan gömrük xidməti əməkdaşları bayram münasibəti ilə təbrik ediblər.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə fəxri adlar və medallarla təltif edilmiş əməkdaşların adları oxunub, həmçinin Azərbaycan gömrük xidməti ilə sıx əməkdaşlığa görə bir neçə ölkənin gömrük orqanları əməkdaşlarına medallar verilib.

Bir sıra KİV nümayəndəsi isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif edilib. Döş nişanı ilə təltif edilənlər arasında APA-nın əməkdaşı da var.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.

DGK-nin yaranmasından 25 il ötür -
DGK-nin yaranmasından 25 il ötür -
DGK-nin yaranmasından 25 il ötür -
DGK-nin yaranmasından 25 il ötür -
DGK-nin yaranmasından 25 il ötür -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler