» » "Əksər bələdiyyə sədrləri ya həccə getməyi ilə tanınır ya da..." Tural Məmmədov

"Əksər bələdiyyə sədrləri ya həccə getməyi ilə tanınır ya da..." Tural Məmmədov

Bölmə: Siyasət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
"Əksər bələdiyyə sədrləri ya həccə getməyi ilə tanınır ya da..." Tural Məmmədov
"Bələdiyyə sədrləri vətəndaşda inamı yarada bilmədiyindən vətəndaş da vergini ödəyə bilmir və nəticədə problem yaranır".

Qeyd edək ki, bu sözləri Lider televiziyasında Mətanət Ağamirlinin təqdimatında yayımlanan "Seçim" proqramında bələdiyyələrin fəaliyyəti, bugünkü durumu və perspektivləri mövzusunda ekspert qismində çıxış edən tarixçi, tanınmış ictimai-siyasi gənc, Xalqinfo.az xəbər portalının Baş direktoru Tural Məmmədov mövzu ilə bağlı çıxışında bildirib.

Xalqinfo.az xəbər verir ki, T.Məmmədov bələdiyyə sədrlərinin əksəriyyəti tutduğu vəzifənin icrası ilə deyil kənar şəxsi işləri ilə bağlı tanındıqlarını qeyd edib: "Bələdiyyələrin Vergilər Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Bələdiyyə sədrləri ümumi ictimaiyyətdə, yaşadığı yerlərdə öz fəaliyyəti ilə hörmət qazanan orqan olmalıdır. Lakin bu vəzifəni əksər bələdiyyə sədrləri layiqincə yerinə yetirir. Ancaq bu ona əsas vermir ki, bütün bələdiyyə sədrləri yaxşı çalışır. Təəssüf hissi ilə bir məsələni də diqqətinizə çatdırım ki, bəzi bələdiyyə sədrləri öz fəaliyyətləri ilə deyil, ya həccə getməyi ilə, ya da biznesmen kimi tanınır. Məsələn, bir repititor müəllim o məhəllədə bələdiyyə sədrindən daha yaxşı tanınır".

Gənc tarixçi onu da qeyd edib ki, "Cənab prezident dəfələrlə qeyd edib ki, “Biz bələdiyyələrə öz sözümüzü deyirik, lakin bu onların fəaliyyətlərində özünü göstərmir!”. Ulu öndərimizin davamçısı İlham Əliyev bunu təsadüfən deməyib. O yaxşı işləyənləri deyil, işləməyənləri nəzərdə tuturdu. Bələdiyyə sədrləri ümumi danışıq qabiliyyəti, ümumi görünüşü, işi ilə o qədər hörmət qazanmalıdır ki, xalq ona inansın. Və düşünsün ki, “Bəli, mən bu vergini ödəməliyəm”. Bu sadə bir məsələdir amma mənası böyükdür. Necə ki, Vergilər Nazirliyi o inamı xalqda yaradıb. Bələdiyyə sədrləri o inamı vətəndaşda yarada bilmədiyindən vətəndaş da vergini ödəyə bilmir və nəticədə problem yaranır. Sonda nəticə etibarı ilə uduzan həm camaat, həm də bələdiyyənin adı olur".




BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler