» » Putin Sarkisyanı bu adamla əvəz edəcək - QARABAĞ ŞƏRTİ

Putin Sarkisyanı bu adamla əvəz edəcək - QARABAĞ ŞƏRTİ

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Putin Sarkisyanı bu adamla əvəz edəcək - QARABAĞ ŞƏRTİ

Rusiya Serj Sarkisyanı Karen Karapetyanla dəyişdirir.

Xalqinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan jamanak” qəzeti yazıb.

Qəzet Ermənistanın baş nazirinin Rusiyaya səfərinə diqqət çəkərək, bunun son 10 ildə ilk hadisə olduğunu qeyd edib.

“Karapetyanı Moskvada fəxri qarovul qarşıladı. Bu əlbəttə ki, prosedur qaydası idi, çünki Karapetyan Moskvaya rəsmi səfərə getmişdi. Lakin diqqətçəkən məqam odur ki, son 10 ildə Ermənistanın heç bir baş naziri Rusiyaya rəsmi səfərə getməyib. Sonuncu dəfə baş nazir kimi Serj Sarkisyanın özü 2007-ci ildə Moskvaya rəsmi səfərə getmişdi. Daha sonra o prezident oldu və prezidentliyi dövründə heç kimə bunu etməyə icazə vermədi. Hətta Putin və Medvedevlə ilıq münasibətlərə malik olan Tiqran Sarkisyan belə bunu edə bilməmişdi. Sarkisyan bununla göstərirdi ki, Rusiya ilə bağlı münasibətlərdə qərarları yalnız özü verir. Karen Karapetyan faktiki olaraq, bu tabunu dağıtdı. Onun bu səfəri göstərir ki, Rusiya Ermənistandakı aparıcı rolu Karapetyana verir”, - deyə qəzet yazıb.

Qəzet qeyd edir ki, Rusiya Karapetyanı həm də Sarkisyana alternativ yaradır:

“Sarkisyan nə vaxtsa, çərçivəni aşarsa, onu dərhal Karapetyanla əvəzləyəcək. Əslində Karapetyanın Ermənistana gəlişi və baş nazir postuna təyin olunması ilə Rusiya öz əlində alternativ yaratdı”.

Qeyd edək ki, Karen Karapetyan Ermənistanın baş naziri təyin olunması ərəfəsində “Qazprom”da işləyirdi.

Karapetyanın gəlişi ilə Putinin Sarkisyana alternativ yaratması ehtimalları yeni deyil.

Bir müddət öncə rusiyalı politoloq Vadim Dubnov Karapetyanın təyinatını Moskvanın gələcək planları ilə bağlı olduğunu açıqlamışdı.

Dubnovun sözlərindən də belə çıxır ki, Rusiyanın Sarkisyanı nəzarətdə saxlamasının səbəblərindən biri də Qarabağ məsələsidir. Hesab etmək olar ki, Sarkisyan Qarabağ məsələsində Rusiyanın istəyinə uyğun hərəkət etməsə, onu Karapetyanla əvəzləyə bilər.(Publika.az)


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler