» » Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib

Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib

ABŞ-ın 45-ci prezidenti Donalt Trampın inaqurasiya mərasiminə dünyanın müxtəlif ölkəsindən qonaqlar dəvət olunsa da, Azərbaycandan Ziya Məmmədovun oğlu Anar Məmmədovun qatılacağı deyilirdi.

"Xalqinfo" xəbər verir ki, dünən keçirilən andiçmə tədbirində Anar Məmmədovun iştirak etmədiyi məlum olub. Belə görünür ki, nazir oğlu sözügedən məclisə dəvət almayıb.

Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda yerli və xarici mediada kifayət qədər məlumat yayımlanıb. Hətta Bakıda tikilən “Trump Tower”i də Ziya Məmmədovun oğlu ilə ortaq inşa etdirib.

Bu arada bildirək ki, ötən həftə Bakının Nəsimi rayonu ərazisində yerləşən “Tramp” plazada dəyişiklik edilib. Belə ki, otelinin adındakı “Trump Tower” sözü sökülüb.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler