» » “Neft hasilatının azaldılmasına dair öhdəliyi yerinə yetiririk” Prezident İlham Əliyev

“Neft hasilatının azaldılmasına dair öhdəliyi yerinə yetiririk” Prezident İlham Əliyev

Bölmə: Siyasət, İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
“Neft hasilatının azaldılmasına dair öhdəliyi yerinə yetiririk” Prezident İlham Əliyev

“Azərbaycan neft hasilatını əlavə olaraq azalda bilər”.

Xalqinfo.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Azərbaycan prezidenti qeyd edib ki, OPEK və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bunu dəstəkləməyə hazırdır.

“Biz gündəlik hasilatın 35 min barel azaldılmasına qərar verdik. Bu öhdəliyi yerinə yetirəcəyik. Proses artıq başlandı. Biz OPEK-in üzvü deyilik, lakin təşkilatın iclaslarına dəvət edilmişik. Buna görə də öhdəlikləri yerinə yetiririk. Əgər əlavə ixtisar haqqında qərar qəbul ediləcəksə, onda biz bunu dəstəkləyəcəyik və hasilatın azaldılmasına yenidən baxacağıq. Çünki biz o fikrə həmrəyik ki, bütün ölkələr bu prosesdə səmimiyyətlə iştirak etməlidir”, - deyə dövlət başçısı vurğulayıb.

Hasilatın azaldılmasına dair qəbul olunan qərarın müddətinin uzadılmasına dair suala Prezident İlham Əliyev bu cür cavab verib:

“Bu qərar hazırkı qərarın icra olunması ilə bağlıdır. Qiymətlər stabilləşərsə, necə ki, indi bu prosesi müşahidə edirik, fikrimcə, əlavə olaraq hasilatın azaldılmasına ehtiyac qalmayacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler