» » İlham Əliyev BP-nin baş icraçı direktoruyla görüşdü

İlham Əliyev BP-nin baş icraçı direktoruyla görüşdü

Bölmə: Siyasət
İlham Əliyev BP-nin baş icraçı direktoruyla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

"Xalqinfo" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlanıb. BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edilib, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olunub.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.(Report)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler