» » İlham Əliyev bir dəfə də olsun Ermənistan demədi -Foto

İlham Əliyev bir dəfə də olsun Ermənistan demədi -Foto

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev bir dəfə də olsun Ermənistan demədi -Foto
Xəbər verdiyimiz kimi, Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sərkisyanın birgə görüşü zamanı maraqlı diskussiya yaranıb.

Xalqinfo.az-ın "Azadlıq radiosu"na istinadən məlumatına görə, Azərbaycan və Ermənistanın dövlət başçılarının etdikləri qısa nitq siyasi arenada hələdə müzakirə mövzusudur. Bəs həmin qısa nitqlərində səsləndirdikləri sözlərin statistikasına görə - hansı prezident həssas məsələlərə dair hansı sözü daha çox işlətdi?

Cavab aşağıdakı infoqrafikadadır:
İlham Əliyev bir dəfə də olsun Ermənistan demədi -Foto
Prezidentlərin çıxışının tam mətni:

Azərbaycan prezidenti İlham Əliyev:

Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm. Dünən də müzakirə etdiyimiz kimi bu məsələ uzatmaqdan həllini tələb edir. O, çox vaxt apardı. Ümid edirik ki, Sizin şəxsən iştirakınız danışıqlar prosesinə yeni təkan verəcək.

Sizin də qeyd etdiyiniz kimi artıq danışıqlar üçün format və münaqişənin həlli üçün hüquqi baza vardır.

BMT Təhlükəsizlik Şurası işğalçı erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasına dair 4 qətnamə qəbul edib. Təəsüf ki, üstündən 20 il keçir, amma hələ bu qətnamələr kağız üzərində qalır.

Danışıqlara həmsədləri vasitəsilə vasitəçilik edən Minsk Qrupu tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır, amma təəssüf ki, bu da o qədər də uğurlu alınmır. Ona görə də düşünürəm ki, bizim yaxın dostumuz, qonşumuz və tərəfdaşımız kimi təbii ki, Rusiyanın bu nizamlama prosesində xüsusi rolu var.
Ümid edirik ki, yaxın müddətdə danışıqlar, sülh yolu ilə biz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olan bir ədalətli həll variantı tapacağıq.”

Ermənistan prezidenti Serj Sərkisyanın:

Bu mürəkkəb vaxtda Qarabağ məsələsinə diqqətiniz, səyləriniz və buna vaxt ayırdığınız üçün Sizə təşəkkür edirik. Əlbəttə, biz – Ermənistan tərəfi bunu yüksək qiymətləndirirk. Biz hesab edirik ki, hər halda bu münaqişə həll edilə bilər və o, Minsk Qrupu həmsədlərinin bizə təklif etdiyi prinsiplərlə güzəştlərlə həll edilə bilər.

Azərbaycan tərəfi həmişə BMT nin 4 qətnaməsinə istinad edir. Amma mənim cənab Əliyevə belə bir ritorik sualım var. Bu qətnamələrin hansı maddəsini Azərbaycan icra edib? Qətnamənin yeganə icra olunan maddəsi Ermənistanın öz təsir imkanlarından istifadə edərək döyüş əməliyyatlarını dayandırmasıdır.
Və əgər biz 90-cı illərin əvvəlindəki hadisələrə qayıtsaq, bu, mənim fikrimcə, bir tərəfdən yaxşı olar, digər tərəfdən də ola bilər nələrsə uzansın.
Yaxşı tərəfi o olar ki, biz o zaman qənaətə gəldik ki, münaqişənin hərbi həll yoxdur. Amma əgər biz yenidən bir-birimizi ittiham etməyə başlasaq, fikrimcə, münaqişə daha uzun müddətə həll olunmaya bilər.

Sizə də təşəkkür edərm ki, bu məsələnin həllinə çalışırsız. Bu məsələnin həlli Ermənistanın milli maraqlarına uyğundur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler