» » “Əgər Putin Trampı sevirsə...” - Canlı yayım + Yenilənib


“Əgər Putin Trampı sevirsə...” - Canlı yayım + Yenilənib

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Əgər Putin Trampı sevirsə...” - Canlı yayım + Yenilənib

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp hazırda Nyu-Yorkda “Tramp-tauer”də mətbuat konfransı keçirir.

Xalqinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, dövlət başçısı Rusiya ilə münasibətlərə toxunub.

D. Tramp rusiyalı həmkarı Vladimir Putin tərəfindən hər hansı yaxşı hərəkətin iki ölkə arasında əlaqələrin xeyrinə təsir edəcəyini bildirib.

“Əgər Putin Donald Trampı sevirsə, mən bunu neqativ faktor kimi deyil, yaxşı hal kimi dəyərləndirirəm. Rusiya ilə ABŞ İŞİD-ə qarşı mübarizə apara bilər”, - deyə Amerika lideri əlavə edib.

***

ABŞ-a qarşı kiberhücumların təşkilində Rusiya xüsusilə canfəşanlıq edib. Lakin bu o demək deyil ki, biz digər dövlətləri də nəzərdən çıxarmalıyıq. Onların da güclü hakerləri var”, - D. Tramp vurğulayıb.

***

ABŞ prezidenti çıxışı zamanı ölkənin cənub sərhədində -Meksika ilə tikməyi planlaşdırdığı divar məsələsindən də bəhs edib: “Mən nə yarım, nə də bir il gözləmək istəmirəm. Artıq inşaya başlamaq istəyirəm. Bu, baş verəcək”.

D. Tramp Meksikanı ABŞ-dan öz maraqları üçün istifadə etdiyinə görə təqsirləndirmədiyini söyləyib: “Meksika xalqını sevirəm. Mənimlə çoxlu meksikalı işləyir və onlar çox gözəl insandılar”.


***

Donald Tramp yanvarın 20-də prezident postuna keçdikdən sonra biznesini iki oğlunun idarə edəcəyini bildirib.

Onun sözlərinə görə, yüzlərlə şirkətinin idarə olunmasında oğlanlarına xüsusi məsləhətçilər kömək dəcək.





Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler