» » 92 yaşlı sabiq prezident vəfat etdi

92 yaşlı sabiq prezident vəfat etdi

Bölmə: Siyasət, Dünya
92 yaşlı sabiq prezident vəfat etdi

Portuqaliyanın keçmiş prezidenti Mariu Suariş 92 yaşında dünyasını dəyişib.

"Xalqinfo" "Report"a istinadən xəbər verir ki, bu barədə "France Press" xəstəxana nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, o, dekabrda dərin koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Portuqliyanın Sosialist Partiyasının qurucusu olmuş Mariu Suariş iki dəfə ölkənin baş naziri olub. Bununla yanaşı, 1986-1996-cı illərdə prezident vəzifəsinin səlahiyyətlərini icra edib.

O, dövlət başçısı vəzifəsindən getdikdən sonra, 1999-2004-cü illərdə Avropa Parlamentinin deputatı olub. Mariu Suariş 2006-cı ildə növbəti dəfə sosialistlərin prezidentliyə namizədi olsa da, seçkilərdə uduzub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler