» » 2016-cı ilə Azərbaycan gəncinin baxışı - "İnkişaf və sabitliyimizin qiyməti yoxdur"

2016-cı ilə Azərbaycan gəncinin baxışı - "İnkişaf və sabitliyimizin qiyməti yoxdur"

Bölmə: Siyasət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
2016-cı ilə  Azərbaycan gəncinin baxışı - "İnkişaf və sabitliyimizin qiyməti yoxdur"















Hər bir ölkədə bəzi məmurlar xalqa xidmət etmədiyi kimi bizim də qanun pozan məmurlarımız var.



Bu fikirlərlə yola saldığımız 2016-ci illə bağlı prosesləri şərh edən tanınmış ictimai-siyasi gəncTural Məmmədov deyib.

Öncə, əziz oxucular, sizləri salamlayıram.

Məndən "2016-ci il Azərbaycanda necə keçdi?", - deyə soruşurlar. Deyəcəyim fikirlərimi ümumi nitqimin əsas hissələri olaraq qeyd edirəm.


Qeyd etmək vacibdi ki, 2016-cı ildə ölkəmiz bəzi çətinliklərlə qarşılaşsa da, bu bizim sabit inkişafımıza maneə ola bilməmişdir. İctimai-siyasi gənc olaraq düşünürəm ki, bu məsələlərdə ulu öndər Heydər Əliyevin ideaları xalqımızın, dövlətimizin köməyinə çatmışdır. Əsas meyarlardandır ki, bu ideaların layiqli davamçısı cənab prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində yola saldığımız ildə beynəlxalq aləmdə baş verən proseslər ölkəmizə elə də təsir etməyib.

Bu inkişaf 2017-ci ildə də davam edəcək. Dünyada baş verən qloballaşma, maraqların toqquşduğu bir zamanda Azərbaycanın xarici və daxili siyasəti yüksək və balanslaşdırılmış formada qurulub. Mənim bu fikirlərim Azərbaycan gəncinin yaşanan proseslərə baxışıdır. Mən ulu öndərin idealarına təsadüfü toxunamdım:
Ağlı başında olan, əsl xalqını, dövlətçiliyini sevən hər vətəndaş anlayır ki, inkişaf və sabitliyimizin qiyməti yoxdur. Siz diqqət edin, dünyada gedən proseslərə: Sabit formada inkişafda olan hansısa müsəlman ölkəsdir. Müəyyən siyasi adla və demokratiya adı altında daxil olaraq orada sülhü və demokratiyanı pozan, insanların ölümünə səbəb olanlar mikrob qüvvələrdir.

Ötən ildə iqtisadiyyatımızda bəzi çətinliklərin yaranması dünyada gedən proseslərlə bağlı idi. Xalqımız da bunu anlayaraq təmkin və səbirlə addım atdı. Cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanı ötən ildə bəlalardan xilas etdi. Bu, uğurlu gələcəyə doğru dəyişməz xəttin davamıdır. Qloballaşan dövrdə xalqının və vətəndaşının qayğısına qalan dövlət şərəfli dövlətdir. Belə ölkənin vətəndaşı olmaq fəxirdir.

Bəzi nöksanlar olsa da Azərbaycan hökuməti baş verən proseslərlə bağlı düzgün addım atmaqdadır. Bu fikirlərimi oxuyanlar arasında Azərbaycanı sevməyənlər ola bilsin ki, nitqimə don geyindirməyə çalışacaqlar; Prezidenti, höküməti tərifləyir və s. desinlər. Ancaq unutmayaq ki, prezident də, vətən də bizimdir.

Dünyada gedən siyasi seperatizim, xalqların öz müqəddəratının əlindən alınması, bütün bunlara baxmayaraq, Azərbaycan xalqı birdi və düzgün istiqamətdə inkişaf etməkdədir .

Azərbaycanın fəal ictimai-siyasi gənci olaraq vurğulamaq istəyirəm ki, 2016-cı il Azərbaycanın hər bir problemini öz problemi bilən qardaş Türkiyə xalqının başına gətirilən amansız terror aktları ilə tükr xalqlarını parçalamaq və türk bütövlüyünü sarsıtmağa çalışsalar da buna nail ola bilmədilər. Əminik ki, mənfurlar çirkin niyyətlərinə çatmayacaqlar. Qədim tarixi, birliyi sarsıda bilmiyəcəklər. Rəhbərlərimizin qoyduğu birliklərlə daha da böyük uğurlara nail olacağıq.

Unutmamalıyıq ki, bütün millət və xalqların daxilində müəyyən iqtsadi-siyasi problemlər var. Bizdə də. Hər bir ölkədə məmurlar xalqa xidmət etmədiyi kimi bizim də qanun pozan bəzi məmurlarımız var. Ancaq o demək deyil ki, hamısı belədir. Biz birliyimizlə nekativləri yox edib, uğur qazanmalıyıq. Ölkəmizdə baş verən bütün neqativ halların qarşısını ulu öndər Heydər Əliyevin siyasəti(o siyasət ki, bu gün cənab prezident tərəfindən uğurla davam etdirilir) alıb.

2016-ci il ölkəmizdə hüquq mühafizə orqanlarında da uğurlu il olmuşdur. Cənab nazir Ramil Usubovun rəhbərliyi altında ölkə polisi uğurlu xidməti ilə yadda qalmışdır. Bu sahədə də ulu öndər Heydər Əliyevin ideaları əsas xətt təşkil edib.Çünki Heydər Əliyev xalqının sabit, cinayətkardan uzaq yaşamasını istəyirdi. Bu baxımdan deyə bilərik ki, bu gün cənab nazir Usubovun nəzarətində Azərbaycan polisi xidməti ilə ulu öndərin idealarını həyata keçirir. 1992-ci illəri xatırlasaq görərik ki, vətəndaşlar rahat gəzə bilməyirdi. Küçəyə çıxa bilməyirdi. Ancaq bu gün ölkədə vətəndaş istədiyi vaxt, istidiyi yerə gedir, gəlir ki, bu da ölkə polisinin uğurlu xidməti sayəsindədir.

Azərbaycan gəncinin inkişafı, ölkədə yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Hələ 2016-ci ildə yoxsulluğun aradan qaldırılması ilə bağlı Dayanıqlı İnkişaf proqramının həyata keçirilməsi və cənab prezidentin bu istiqamətdə verdiyi müvafiq fərman təqdirəlaiqdir. Bu, birbaşa xalqımızın inkişafına və tərəqqisinə xidmət edən fərmandır.

Azərbaycan gəncləri arasında bəzi neqativ halların baş verməsinə hamımız şahidik: Beyni zəhərlənmiş bəzi gənclərimiz siyası əqidəsi düz olmayan insanların təsiri ilə bəzi cinayətlər törətmişlər. Allah onlara əqidələrini düzəltməsində yardımçı olsun. Bilməliyik ki, pisimiz də, yaxşımız da bizmdir. İnkişafımız daxili birliyimizdədir. Həmin gənclərin soydaşlarının Ata-anası, bacı-qardaşları vəhşicəsinə qətilə yetrilib, 20 ildən çoxdur ki doğma yurd-yuvalarından-torpaqlarından didərgin ediliblər, məcburu köçkündülər, erməni təcavüzünə məruz qalıblar. İyirmi mindən çox şəhid verən xalqın övladlarıdırlar.

Mən indi o gənclərə üzümü tutub deyirəm:

Özlərini demokratiyanın beşiyi adlandıran ölkələr sizə, bizə qarşı olan bu vəhşiliklərə görə Ermənistana qarşı tədbir görürlərmi? - yox. Təsir göstərirlərmi? - yox. 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının(BMT-nin) Ermənistanın Azərbaycanın işğal etdikləri torpaqlardan çixmasi ilə bağlı 4(dört) qətnaməsi icra edilir? - yox. Bunu Avropa, Amerika tələb edirmi? - yox. Avropaya qucaq açan həmin gənclər Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar... Avropadan siyasi sığnacaq istəyib, siyasi mühacir adı ilə gedib orada qaçqın pulu alırlar. Məgər həmin gənclər Avropanın ikiüzlülüyünü, ədalətsizliyini görməyirlərmi?!. O gənclər Azərbaycan qadınının namusuna təcavüz edən erməni əsgərinə güldən ağır söz deməyən Avropanı da, Amerikanı da görürlər. Qəlblərində özlərini demokrat bilirlər. Bu gün əslini tanımayan insan Avropa və Amerikanı demokratiya carçısı kimi axı necə qələmə verə bilər? Onlar Azərbaycanın düşmənlərinə xidmət edən gənclərdirlər. Ola bilsin ki, onlar özləri də bilməyirlər – beyninləri zəhərlənib. Biz bu gün ən doğru yol olaraq cənab prezident İlham Əliyevin ətrafında sıxlaşıb dövlət və tövlətçiliyimizə xeyirli insanlar ola bilərik. Mən həmin gəncləri doğru yola çağırıram və fəxir edirəm ki, cənab prezidentin ətrafındayam. İlham Əliyevin xalqı üçün gördüyü işləri indiyə kimi heç bir rəhbər etməyib.

Bəli, şərəfli tariximiz var. İlk demokratiyanı bizlərə daddıran Məmməd Əmin Rəsulzadəmiz var. Qarşısında baş əyirik!. Ancaq bu demokratiya çox çəkmədi. 23 ay sonra rus əlimizdən aldı. O demokratiyanı yenidən bizlərə daddıran ulu öndər Heydər Əliyev oldu. Azərbaycanda demokratiyanın örnək hala gəlməsi ümummilli liderimizin adı ilə bağlıdır. Düşmən kənardan çox şey deyir. Halbuki, dedikləri özlərində daha çoxdu. Unutmayağ ki, "Ət öz suyu ilə bişəndə daha dadlı olur". Kənardan gələn su o dadı verə bilmir. Bizə özümüz lazımıq. Qayğımıza özümüz qalacağıq, kənardan gələn yox.

Azərbaycanın bir gənci olaraq özümə borc bildim ki, ötən ilə nəzər salım və sizlərlə fikirlərimi bölüşüm. Arzusundayam ki, 2017-ci il cənab prezidentin rəhbərliyi ilə işğal edilmiş torpaqlarımızı qaytaraq. Daha da böyük nailiyyətlərə çataq!


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler