» » Hadı Rəcəbli ev məsələsindən danışdı - özümə dözüm arzulayıram

Hadı Rəcəbli ev məsələsindən danışdı - özümə dözüm arzulayıram

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Hadı Rəcəbli ev məsələsindən danışdı - özümə dözüm arzulayıram

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Ağ şəhər” də mənzil alması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Xalqinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan komitə sədri bildirib ki, 2016-ci il Azərbaycan mətbuatında bir çox yalan və böhtanlarla dolu, əsassız informasiyaların yayılmasına şahid olub: “2017-ci ildə nəhayət bu tipli məlumatların olmayacağına, mətbuatın daha dolğun və əsaslı məlumatlar yazacağına inansaq da, yeni il başlayar- başlamaz yeni bir qarayaxmanın şahidi olduq.

Bu tipli yalanları yayanlar ölkədə olan sabitliyi və əminamanlığı pozmağa, müxtəlif kateqoriyadan olan həssas qrupları, sadə insanları hakimiyyətə qarşı qaldırmağa çalışırlar və bu baş tutmadığı halda çirkin niyyətlərindən əl çəkməyərək müxtəlif sahələri əhatə edən yalanlar uydururlar. Mən nədənsə belə iftiralara və yalanlara mütəmadi tuş gəlirəm. Son bir neçə müddətdir ki, 45 ildən çox siyasi səhnədə olan bir tanınmış şəxsiyyətə, ağsaqqala bu qədər böhtan atmaq dözülməzdir. İndi də fantaziya ona çatıb ki, guya, bu deputata mənzil veriblər, özü də Oqtay Əsədovla qonşuluqda.(qafqazinfo)

Tamamilə yanlış olan bu məlumat əksər saytlarda, feysbuk səhifələrində yayılıb və hətta etikadan kənar şərhlərlə müşayiət olunub”.

Sonda H. Rəcəbli özünə dözüm arzulayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz
ŞƏRH(1)

RASIM 6 yanvar 2017 15:35
NEDEN O YALANCILAR BOHTANCILAR CEZALANDIRILMIR
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler